Təsvir
- Maliyyə göstəricilərinin hesablamaq və təhlil etmək;
- Bankın gəlir və xərc dinamikası üzrə detallı modellər və proqnozlar tərtib etmək;
- Strateji və maliyyə planlamasında iştirak;
- Bazar təhlilinin (benchmarking, bazar iştirakçılarının təhlili) aparılması;
- Maliyyə modellərinin hazırlanması və ssenari analizləri aparmaq;
- Məhsulun maya dəyərinin hesablanmasında iştirak etmək;
- Strateji qərarvermə prosesini dəstəkləyəcək hesabatları hazırlamaq;
- Biznes proseslərini təhlil etmək və təkmilləşdirmə imkanlarını müəyyənləşdirmək;
- Təhlillər əsasında hesabatların avtomatlaşdırılması üçün biznes tələbləri hazırlamaq;
- Layihə və proses dəyişikliklərinin biznesə təsirini qiymətləndirmək;
- Yeni sistem və həllərin tətbiqi zamanı test və uyğunluq analizlərini aparmaq.
Tələblər
- Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya biznesin idarə edilməsi sahəsində ali təhsil;
- Maliyyə təhlili, və hesabatlılıq sahəsində ən azı 2-3 illik iş təcrübəsi;
- MS Office proqramları (MS Excel, MS Word, PowerPoint – əla səviyyədə); Data analiz alətləri (Power BI, SQL, Python, Tableau və s.) ilə işləmə bacarığı;
- Maliyyə modelləri və proqnozlaşdırma metodologiyaları üzrə biliklər;
- Analitik düşünmə və böyük həcmli məlumatlarla işləmə bacarığı;
- Dəqiqlik, məsuliyyətlilik və detallara diqqətlilik;
- ACCA, FMVA, FPAP və ya CIMA sertifikatlarının olması üstünlükdür;
- Komanda ilə işləmə və təqdimat bacarığı;
- İngilis və rus dili biliyi arzuolunandır.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!