Vakansiya haqqında
Bu təcrübəçi rolu kredit riski, IFRS 9, Machine Learning və Gen AI modellərinin validasiyası prosesində iştirak etməyi, məlumatların hazırlanması və keyfiyyətinin yoxlanılmasını əhatə edir. Namizədlərdən Python, SQL, statistika və maşın öyrənməsinin əsasları, həmçinin Gen AI, LLM, RAG və AI agentləri haqqında anlayış gözlənilir.
+ ' ' +Riyaziyyat, statistika, kompüter elmləri, data elmi və ya oxşar ixtisas üzrə ali təhsil (son kurs tələbəsi, məzun və ya magistrant)
Python və SQL bilikləri, statistika və maşın öyrənməsinin əsasları
Gen AI və LLM əsaslı həllər haqqında anlayış (prompt yazma, RAG, AI agentləri), praktiki təcrübə üstünlükdür
İngilis dili: texniki ədəbiyyatı oxumaq və sənəd hazırlamaq səviyyəsində
Analitik və tənqidi düşüncə, detallara diqqət
Sürətli öyrənmə bacarığı, məsuliyyətlilik və komandada işləmək bacarığı
+ ' ' +- Real layihə və tapşırıqlarda iştirak edərək praktiki təcrübə qazanmaq;
- Peşəkar mütəxəssislərdən öyrənmək və biliklərini təcrübədə tətbiq etmək;
- Komanda işi, ünsiyyət və problem həlli bacarıqlarını inkişaf etdirmək;
- Korporativ iş mühitini yaxından tanımaq və karyera maraqlarını müəyyənləşdirmək;
- Gələcək karyera imkanları üçün Bir ekosisteminin istedad hovuzuna daxil olmaq.
Modellərin (kredit riski, IFRS 9, ML və Gen AI modelləri) müstəqil validasiyası işlərində validatorlara dəstək göstərmək;
Validasiya üçün məlumatların hazırlanmasını, keyfiyyətinin yoxlanılmasını və ilkin təhlilini aparmaq;
Validasiya testlərini (diskriminasiya gücü, kalibrasiya, stabillik, backtesting) Python və SQL vasitəsilə icra etmək;
AI/Gen AI modellərinin və AI agentlərinin test edilməsində iştirak etmək (cavabların düzgünlüyü, hallüsinasiya, qərəzlilik, dayanıqlıq);
Validasiya proseslərinin AI alətləri ilə avtomatlaşdırılmasına dəstək göstərmək;
Validasiya hesabatlarının və işçi sənədlərinin hazırlanmasında iştirak etmək;
Məxfilik və informasiya təhlükəsizliyi tələblərinə riayət etmək.
Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!