Əmək haqqınızdan tutulan gəlir vergisini, sosial, işsizlik və tibbi sığorta haqlarını 2026-ci ilin qaydaları ilə hesablayın. Gross maaşdan əlinizə çatan məbləği, ya da istədiyiniz net maaş üçün lazım olan gross-u tapın. İşəgötürənin ümumi xərci də göstərilir.
Hesablama məlumat xarakterlidir. Xahiş olunur, kalkulyatoru rəsmiləşdirmə məqsədləri üçün istifadə etməyin.
Qaydalar 17.10.2026 tarixində mənbələrlə yoxlanılıb. hellojob.az vergi və sığorta qaydalarındakı dəyişikliklərdən yaranan xətalara görə məsuliyyət daşımır. Rəsmi hesablama üçün mühasibinizə və ya Dövlət Vergi Xidmətinə müraciət edin.
İşəgötürən üçün
Əmək müqaviləsində yazılan, heç bir tutulma çıxılmamış məbləğdir. Vergi və sığorta haqları gross maaşdan hesablanır.
Gəlir vergisi, sosial sığorta (DSMF), işsizlikdən və icbari tibbi sığorta haqları çıxıldıqdan sonra kartınıza köçən, “əlinizə çatan” məbləğdir.
İşəgötürən gross maaşdan əlavə öz payına sosial, işsizlik və tibbi sığorta haqqı ödəyir. Gross + bu ödənişlər işçinin şirkətə ümumi xərcidir (bəzən “supergross” deyilir).
Məsələn, özəl sektorda gross maaş 1 000.00 AZN olarsa, tutulmalar 135.00 AZN, net maaş 865.00 AZN olur; işəgötürən isə cəmi 1 189.00 AZN xərcləyir. Vakansiyada maaşın gross, yoxsa net olduğunu soruşmağı unutmayın.
| Gross | Gəlir vergisi | DSMF | İşsizlik | Tibbi sığorta | Net | İşəgötürən xərci |
|---|---|---|---|---|---|---|
| 400.00 | 6.00 | 26.00 | 2.00 | 8.00 | 358.00 | 484.00 |
| 500.00 | 9.00 | 36.00 | 2.50 | 10.00 | 442.50 | 601.50 |
| 600.00 | 12.00 | 46.00 | 3.00 | 12.00 | 527.00 | 719.00 |
| 700.00 | 15.00 | 56.00 | 3.50 | 14.00 | 611.50 | 836.50 |
| 800.00 | 18.00 | 66.00 | 4.00 | 16.00 | 696.00 | 954.00 |
| 1 000.00 | 24.00 | 86.00 | 5.00 | 20.00 | 865.00 | 1 189.00 |
| 1 200.00 | 30.00 | 106.00 | 6.00 | 24.00 | 1 034.00 | 1 424.00 |
| 1 500.00 | 39.00 | 136.00 | 7.50 | 30.00 | 1 287.50 | 1 776.50 |
| 2 000.00 | 54.00 | 186.00 | 10.00 | 40.00 | 1 710.00 | 2 364.00 |
| 2 500.00 | 69.00 | 236.00 | 12.50 | 50.00 | 2 132.50 | 2 951.50 |
| 3 000.00 | 125.00 | 286.00 | 15.00 | 52.50 | 2 521.50 | 3 531.50 |
| 4 000.00 | 225.00 | 386.00 | 20.00 | 57.50 | 3 311.50 | 4 691.50 |
| 5 000.00 | 325.00 | 486.00 | 25.00 | 62.50 | 4 101.50 | 5 851.50 |
| 8 000.00 | 625.00 | 786.00 | 40.00 | 77.50 | 6 471.50 | 9 331.50 |
| 10 000.00 | 905.00 | 986.00 | 50.00 | 87.50 | 7 971.50 | 11 571.50 |
Özəl sektorda 2 500 AZN-dək hissə üzrə gəlir vergisi dərəcəsi 2027-ci ildə 5%-ə, 2028-ci ildə 7%-ə qalxır; digər dərəcələr dəyişmir. Kalkulyatorda ili seçib fərqi görə bilərsiniz.
Daha yüksək maaşlı iş axtarırsınız?
hellojob.az-da maaşı göstərilən minlərlə vakansiyaya baxın.