Vakansiya haqqında
Təsvir
- Rəqəmsal Bankçılıq sistemlərinin inkişafı və dəstəklənməsi, onların stabil, təhlükəsiz və etibarlı fəaliyyətinin təmin edilməsi;
- Biznes tələblərinə uyğun yeni funksionallıqların layihələndirilməsi və hazırlanması;
- Sistemlərin layihələndirilməsində, arxitekturanın təkmilləşdirilməsində, texnologiya seçimində və texniki qərarların qəbulunda iştirak;
- Bankın daxili sistemləri və xarici platformalarla inteqrasiyaların layihələndirilməsi və həyata keçirilməsi;
- İstifadə ssenarisinə uyğun texnologiyanın seçilməsi ilə Java, Go və ya Python əsasında servislərin, inteqrasiyaların və avtomatlaşdırma həllərinin hazırlanması;
- Funksionallıqların texniki layihələndirmədən hazırlanma, test, istehsal mühitinə yerləşdirmə və dəstəyə qədər bütün mərhələləri üzrə məsuliyyət daşınması;
- Kod icmalının (code review) aparılması, kodun keyfiyyətinin, təhlükəsizliyinin və dəstəklənə bilməsinin təmin edilməsi;
- Komanda üzvlərinə texniki dəstək göstərilməsi və mentorluq edilməsi;
- Kritik insidentlərin, performans problemlərinin və istehsal mühitində yaranan nasazlıqların araşdırılması və aradan qaldırılması;
- Tapşırıqların texniki qiymətləndirilməsində, planlaşdırılmasında və icrasının koordinasiyasında iştirak;
- API spesifikasiyaları, sistem diaqramları və arxitektura qərarları daxil olmaqla texniki sənədləşmənin hazırlanması və yenilənməsi;
- Məhsul menecerləri, biznes analitikləri, arxitektorlar, QA, DevOps və informasiya təhlükəsizliyi komandaları ilə əməkdaşlıq;
- Şöbənin fəaliyyət istiqamətinə uyğun digər mühəndislik tapşırıqlarının yerinə yetirilməsi.
Tələblər
- Ali təhsil (informasiya texnologiyaları, kompüter mühəndisliyi və ya əlaqəli sahələr üzrə təhsilə üstünlük verilir);
- Proqram təminatının hazırlanması üzrə minimum 3 il müvafiq iş təcrübəsi;
- OOP, SOLID, Clean Code və dizayn nümunələri (design patterns) üzrə dərin bilik və onları praktikada tətbiq etmək bacarığı;
- Köhnə kodun (legacy code) təhlili və refaktorinq bacarığı;
- Java 8+ və Spring ekosistemi (Spring Boot, Spring Data JPA, Spring Security, Spring Cloud) üzrə geniş praktiki təcrübə; Java 17+ biliyi üstünlükdür;
- Go və ya Python üzrə praktiki biliklər (opsional);
- Mikroservis arxitekturası və paylanmış sistemlərin layihələndirilməsi təcrübəsi (miqyaslanma, nasazlıqlara davamlılıq, təhlükəsizlik);
- REST API, mesaj brokerləri (Kafka və ya RabbitMQ) və Redis ilə iş təcrübəsi;
- Oracle və ya PostgreSQL üzrə güclü SQL bilikləri;
- OAuth 2.0, JWT və OWASP təhlükəsiz proqramlaşdırma prinsipləri üzrə biliklər;
- Git, CI/CD, Docker, Kubernetes və avtomatlaşdırılmış testlər üzrə təcrübə;
- Güclü analitik düşüncə, komanda üzvlərinə mentorluq etmək və işin nəticəsinə görə məsuliyyət daşımaq bacarığı;
- Üstünlük: bank, fintech və ya ödəniş sistemlərində təcrübə, ingilis və rus dili bilikləri.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!