Vakansiya haqqında
Təsvir
- Bankın potensial partnyoru ola biləcək mağaza və şirkətlərin partnyorluğa cəlb olunması prosesində iştirak;
- Şirkətlərlə fərdi danışıqlar aparılaraq partnyorluq şərtlərinin razılaşdırılması və müqavilənin bağlanması;
- Mövcud partnyorlar ilə isti münasibətlərin qorunması və daha da yaxşılaşdırılması;
- Partnyorluğa cəlb olunmuş partnyorun bankla əməkdaşlıq müddəti ərzində yaranmış çətinliklərin aradan qaldırılması ilə bağlı dəstək göstərilməsi;
- Partnyor portfelinin mütəmadi izlənməsi, mövcud partnyorların dövriyyəsinin aktiv saxlanılması və artırılması istiqamətində təkliflərin verilməsi;
- Partnyorlarla bank arasında yaranmış borcların monitorinqi prosesinə nəzarət;
- Hər ay partnyorlarla əlaqə yaradaraq yığımların vaxtında icra olunmasına nəzarət etmək.
- Yaranmış borclara uyğun invoice-lərin hazırlanması və Partnyorlara təqdim olunması prosesinə nəzarət;
- İmzalanmış invoice-lara uyğun elektron qaimənin göndərilməsi prosesinə nəzarət, aidiyyatı departamentlərlə sıx əməkdaşlıq;
- İnvoce-lərə uyğun Partnyorlara hesabdan çıxarışın göndərilməsi prosesinə nəzarət;
- Partnyor haqqında məlumatın bütün rəqəmsal kanallara əlavə olunması prosesinə nəzarət;
- Şöbə rəisi və departament direktoruna aylıq hesabatları təqdim etmək;
- Şöbənin funksiyasından irəli gələn digər funksiyaların əməkdaşlıqla icra edilməsi.
Tələblər
- Ali təhsil; (Satış, Menecment, Marketinq sahəsi üzrə olması arzuolunandır)
- Satış, tərəfdaşlıq (partnership) və ya B2B əlaqələrinin idarə edilməsi sahəsində minimum 2 illik iş təcrübəsi;
- Əla səviyyədə Azərbaycan dili biliyi, danışıq səviyyəsində rus dili biliyi;
- Komputer biliyi: yüksək səviyyədə MS Office bilikləri, müasir rəqəmsal alətlərdən istifadə bacarığı, təqdimat hazırlama bacarığı;
- Bacarıqlar
- Yüksək analiz qabiliyyət;
- Məsuliyyətlilik, Təşəbbüskarlıq, Operativlik və Qərarvermə qabiliyyəti.
- Səlis nitq və dolğun təqdimetmə bacarığı;
- Güclü kommunikasiya bacarığı;
- Komanda ilə işləmə bacarığı.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!