Vakansiya haqqında
Təsvir
“Rabitəbank” ASC İT Təhlükəsizliyi departamentinin Kiber Təhlükəsizlik şöbəsinə Nüfuzetmə testləri üzrə kiçik mütəxəssis ( Junior Penetration Tester) vəzifəsinə işə qəbul elan edir.
Ölkənin ən iri banklarından biri olan “Rabitəbank” ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.
Vəzifə öhdəlikləri:
- Komandanın dəstəyi ilə şəbəkə, veb tətbiq, API və mobil tətbiqlər üzrə nüfuzetmə testlərinin aparılması;
- Fişinq simulyasiyalarında və red teaming testlərində iştirak;
- Aşkar edilmiş boşluqların yoxlanılması, səbəblərinin və mümkün təsirlərinin araşdırılması;
- Test nəticələri və boşluqların aradan qaldırılmasına dair tövsiyələr üzrə hesabatların hazırlanması;
- Düzəlişlərdən sonra boşluqların təkrar yoxlanılması.
Tələblər
- - Veb tətbiqlərin iş prinsipləri və geniş yayılmış təhlükəsizlik boşluqları haqqında ilkin biliklər;
- - Burp Suite, Nmap və oxşar alətlərlə ilkin praktiki təcrübə;
- - Windows və Linux əməliyyat sistemləri üzrə baza bilikləri;
- - Şəbəkələrin iş prinsipləri və əsas protokollar (TCP/IP, DNS, HTTP/HTTPS) haqqında biliklər;
- - Güclü analitik düşüncə və problem həll etmə bacarığı;
- - Müstəqil araşdırma aparmaq və yeni biliklər öyrənmək həvəsi;
- - Texniki tapıntıları aydın izah etmək və sənədləşdirmək bacarığı;
- - İngilis dilində texniki materialları oxuyub anlamaq.
Üstünlük hesab olunur
- Bug bounty proqramlarında iştirak təcrübəsi;
- CTF yarışlarında iştirak, Hack The Box, TryHackMe və oxşar platformalarda praktiki çalışmalar;
- Kibertəhlükəsizlik layihələri və ya aparılmış araşdırmalara dair texniki məqalələr;
- Python, Bash və ya PowerShell ilə sadə skriptlər yazmaq bacarığı;
- Mobil tətbiqlərin və ya Active Directory mühitlərinin təhlükəsizliyi üzrə biliklər;
- eJPT, CPTS, OSCP və digər müvafiq sertifikatlar.
Laboratoriyalarda, layihələrdə, araşdırmalarda və bug bounty proqramlarında qazanılmış praktiki təcrübə nəzərə alınacaq.
Sertifikatların sayı və ya istifadə olunan alətlərdən daha çox, namizədin analitik zəkası, problemi necə araşdırdığına, tapıntını necə yoxladığına və gəldiyi nəticəni izah edə bilmə bacarığına önəm verilir.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!