Yeni

Delivery Manager ( IT layihələr üzrə)

  • Bakı, Azərbaycan
  • Bank işi
  • 15 oktyabr 2026
  • 14 baxış
  • Maaş Razılaşma ilə
  • Bitmə tarixi 15 noyabr 2026 31 gün qalıb

Vakansiya haqqında

Təsvir

  • Təhkim edilmiş İT layihələrinin razılaşdırılmış əhatə dairəsi, müddət, keyfiyyət, büdcə və biznes nəticələri çərçivəsində həyata keçirilməsinə cavabdehlik daşınması;
  • Layihələrin məqsədlərinin, uğur meyarlarının, nəticələrinin, mərhələlərinin və icra planlarının aidiyyəti tərəflərlə razılaşdırılması;
  • Biznes, proqramlaşdırma, biznes analizi, arxitektura, QA, DevOps, infrastruktur, informasiya təhlükəsizliyi və təchizatçı komandalarının fəaliyyətinin koordinasiyası, komandalararası asılılıqların və prioritet toqquşmalarının idarə edilməsi;
  • Risklərin, problemlərin, fərziyyələrin və qərarların izlənməsi; səlahiyyət xaricində olan məsələlərin vaxtında eskalasiya edilməsi;
  • Dəyişiklik sorğularının müddətə, xərcə, resurslara və keyfiyyətə təsirinin qiymətləndirilməsi və müvafiq qərarların qəbulunun təşkili;
  • Təhkim edilmiş istiqamətlər üzrə biznes bölmələri, məhsul sahibləri, daxili İT komandaları, rəhbərlik və xarici təchizatçılar üçün vahid əlaqələndirici şəxs (SPOC) kimi çıxış edilməsi: daxil olan tələb və sorğuların qəbulu, dəqiqləşdirilməsi, aidiyyəti komandalara yönləndirilməsi və nəticələnməsinin izlənməsi;
  • Layihələrin vəziyyəti, dəyişikliklər, risklər və gecikmələr barədə maraqlı tərəflərə vaxtında və ardıcıl məlumat verilməsi, qərar tələb edən mövzuların müvafiq rəhbərlik səviyyəsinə təqdim edilməsi;
  • Biznes ehtiyaclarının müsahibələr, işçi görüşlər və proses təhlili vasitəsilə müəyyənləşdirilməsi; mövcud (AS-IS) və hədəf (TO-BE) proseslərin təhlili;
  • Təhkim edilmiş təşəbbüslər üzrə biznes analizinin aparılması (analitiklərin iştirak etdiyi layihələrdə onların işinin əlaqələndirilməsi), biznes və funksional tələblərin, istifadəçi hekayələrinin (user story), istifadə ssenarilərinin, biznes qaydalarının və qəbul meyarlarının hazırlanması və razılaşdırılması;
  • Qeyri-funksional tələblərin (təhlükəsizlik, performans, əlçatanlıq) müəyyənləşdirilməsinin təmin edilməsi; biznes məqsədləri, tələblər, hazırlanmış funksionallıq və test ssenariləri arasında izlənə bilən əlaqənin qurulması;
  • Biznes və məhsul sahibləri ilə birlikdə iş siyahısının (backlog) prioritetləşdirilməsi;
  • SDLC mərhələlərinin (tələblərin müəyyənləşdirilməsi, layihələndirmə, hazırlanma, test, istifadəyə verilmə, dəstək) icrasının idarə edilməsi, hər mərhələ üzrə başlanma və tamamlanma meyarlarının, məsul şəxslərin və təsdiqlərin müəyyənləşdirilməsi;
  • QA və biznes komandaları ilə test əhatəsinin və qəbul meyarlarının razılaşdırılması, istifadəçi qəbul testlərinin (UAT) koordinasiyası, defektlərin biznes təsirinə uyğun prioritetləşdirilməsinin və aradan qaldırılmasının izlənməsi;
  • İstifadəyə verilmə planının, biznes və əməliyyat hazırlığının, zəruri təsdiqlərin və əvvəlki vəziyyətə qayıtma planının koordinasiyası; istifadəçilərin məlumatlandırılması, təlimlərin keçirilməsi, dəstək komandalarına təhvil və ilkin dəstək dövrünün təmin edilməsi;
  • Komanda rəhbərləri ilə birlikdə iş yükünün və resurs ehtiyaclarının planlaşdırılması, resurs və bacarıq çatışmazlıqlarının müəyyənləşdirilməsi, komanda üzvlərinə dəstək və konstruktiv rəy verilməsi;
  • Xarici təchizatçıların nəticələrinin, müqavilə öhdəliklərinin və icra müddətlərinin, eləcə də layihə büdcəsinin və faktiki/proqnozlaşdırılan xərclərin izlənməsi;
  • Layihələrin vəziyyəti, risklər və proqnozlaşdırılan tamamlanma tarixləri üzrə hesabatların hazırlanması, icra göstəricilərinin (plan-fakt uyğunluğu, bloklanmış tapşırıqlar) izlənməsi;
  • İstifadəyə verildikdən sonra aşkarlanan qüsurların və buraxılışların sabitliyinin təhlili, retrospektivlər əsasında iş üsullarının, hesabatlılıq və eskalasiya mexanizmlərinin təkmilləşdirilməsi.


Tələblər

  • Ali təhsil (biznesin idarə edilməsi, layihə idarə edilməsi, informasiya texnologiyaları və ya əlaqəli sahələr üzrə təhsilə üstünlük verilir);
  • Layihələrin idarə olunması sahəsində minimum 5 il iş təcrübəsi;
  • PMP, PRINCE2, PMI-ACP, PSM/CSM, CBAP/CCBA və ya uyğun sertifikatlar;
  • Proqram təminatının hazırlanması, rəqəmsal məhsulların tətbiqi və ya sistem inteqrasiyası layihələrini tələblərin müəyyənləşdirilməsindən istifadəyə verilməsinə qədər idarə etmək təcrübəsi;
  • İT biznes analizi, tələblərin toplanması, sənədləşdirilməsi, prioritetləşdirilməsi və dəyişikliklərin idarə edilməsi üzrə praktiki təcrübə (BRD, user story, use case, BPMN);
  • SDLC mərhələləri və keyfiyyətə nəzarət mexanizmləri üzrə güclü biliklər;
  • Agile, Scrum, Kanban, Waterfall və hibrid yanaşmalar üzrə biliklər və onları layihənin ehtiyaclarına uyğun tətbiq etmək bacarığı;
  • Layihənin əhatə dairəsi, müddəti, büdcəsi, resursları, riskləri və asılılıqlarının idarə edilməsi üzrə təcrübə;
  • Test, UAT, defektlərin idarə edilməsi və istifadəyə verilmə proseslərini koordinasiya etmək bacarığı;
  • Jira, Confluence və ya oxşar alətlərlə praktiki təcrübə;
  • Müxtəlif biznes istiqamətləri və maraqlı tərəflər üçün əsas əlaqələndirici şəxs kimi işləmək, bir neçə iş axınını koordinasiya etmək və nəticəyə görə məsuliyyət daşımaq bacarığı;
  • Güclü analitik düşüncə, ünsiyyət, təqdimat, danışıqlar və münaqişələrin həlli bacarıqları;
  • Azərbaycan dilində sərbəst ünsiyyət və ingilis dilində layihə sənədləri ilə işləmək bacarığı;
  • Üstünlük: xarici təchizatçıların və bir neçə komandanın iştirak etdiyi layihələrin idarə edilməsi təcrübəsi, təşkilati dəyişikliklərin idarə edilməsi təcrübəsi, rus dili bilikləri.


Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Gələcək Delivery Manager ( IT layihələr üzrə) vakansiyasına indi müraciət et

İndi CV yaradaraq arzuladığınız vəzifə üzrə yaranacaq vakansiyaya ilk siz müraciət edin.

Müraciət et

Oxşar vakansiyalar

30

Premium et və elanını daha böyük kütləyə çatdır

Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin
aktivlik müddətinin sonunadək orada qalacaq.

Xidmətin müddətini seçin:
Ödəniş etməklə sayt istifadəçi razılaşmasını və sayt qaydalarını qəbul etmiş olursunuz.

Elanını irəli çək və elanını daha böyük kütləyə çatdır

Sizin elan seçilmiş paketə uyğun olaraq irəli çəkiləcək və ana səhifədə üst-də görünəcək

Xidmətin növünü seçin:
Ödəniş etməklə sayt istifadəçi razılaşmasını və sayt qaydalarını qəbul etmiş olursunuz.

İdarə heyyətinə şikayətinizi bildirin

Şikayət səbəbini seçin:

DİQQƏT!

Bu əməliyyatı yerinə yetirmək üçün namizəd profilinə keçid edin

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox

Ödəniş uğurludur!

Sizin ödənişiniz uğurla həyata keçirilmişdir.

Məhsul

Ödənişin nömrəsi

Ödəniş tarixi

Edən şəxs

Vasitəçi

Ümumi məbləğ