Vakansiya haqqında
Təsvir
- Rəqəmsal Bankçılıq sistemlərini inkişaf etdirmək və dəstəkləmək, onların stabil, təhlükəsiz və etibarlı fəaliyyətini təmin etmək.
- Biznes tələblərinə uyğun yeni funksionallıqları layihələndirmək və hazırlamaq.
- Sistemlərin layihələndirilməsində, arxitekturanın təkmilləşdirilməsində, texnologiya seçimində və texniki qərarların qəbulunda iştirak etmək.
- Bankın daxili sistemləri və xarici platformalarla inteqrasiyaları layihələndirmək və həyata keçirmək.
- İstifadə ssenarisinə uyğun texnologiya seçərək Java, Go və ya Python ilə servislər, inteqrasiyalar və avtomatlaşdırma həlləri hazırlamaq.
- Funksionallıqların texniki layihələndirmədən hazırlanma, test, istehsal mühitinə yerləşdirmə və dəstəyə qədər bütün mərhələləri üzrə məsuliyyət daşımaq.
- Kod icmalları (code review) aparmaq, kodun keyfiyyətini, təhlükəsizliyini və dəstəklənə bilməsini təmin etmək.
- Komanda üzvlərinə texniki dəstək göstərmək və mentorluq etmək.
- Kritik insidentləri, performans problemlərini və istehsal mühitində yaranan nasazlıqları araşdırmaq və aradan qaldırmaq.
- Tapşırıqların texniki qiymətləndirilməsində, planlaşdırılmasında və icrasının koordinasiyasında iştirak etmək.
- API spesifikasiyaları, sistem diaqramları və arxitektura qərarları daxil olmaqla texniki sənədləşməni hazırlamaq və yeniləmək.
- Məhsul menecerləri, biznes analitikləri, arxitektorlar, QA, DevOps və informasiya təhlükəsizliyi komandaları ilə əməkdaşlıq etmək.
- Şöbənin fəaliyyət istiqamətinə uyğun digər mühəndislik tapşırıqlarını yerinə yetirmək.
Tələblər
- Ali təhsil (informasiya texnologiyaları, kompüter mühəndisliyi və ya əlaqəli sahələr üzrə təhsilə üstünlük verilir);
- Proqram təminatının hazırlanması üzrə minimum 5 il müvafiq iş təcrübəsi;
- OOP, SOLID, Clean Code və dizayn nümunələri (design patterns) üzrə dərin bilik;
- Java 8+ və Spring ekosistemi (Spring Boot, Spring Data JPA, Spring Security, Spring Cloud) üzrə geniş praktiki təcrübə; Go və ya Python üzrə biliklər;
- Mikroservis arxitekturası və paylanmış sistemlərin layihələndirilməsi təcrübəsi (miqyaslanma, nasazlıqlara davamlılıq, təhlükəsizlik);
- REST API, mesaj brokerləri (Kafka və ya RabbitMQ) və Redis ilə iş təcrübəsi;
- Oracle və ya PostgreSQL üzrə güclü SQL bilikləri;
- OAuth 2.0, JWT və OWASP təhlükəsiz proqramlaşdırma prinsipləri üzrə biliklər;
- Git, CI/CD, Docker, Kubernetes və avtomatlaşdırılmış testlər üzrə təcrübə;
- Güclü analitik düşüncə, komanda üzvlərinə mentorluq etmək və işin nəticəsinə görə məsuliyyət daşımaq bacarığı;
- Üstünlük: bank, fintech və ya ödəniş sistemlərində təcrübə, ingilis və rus dili bilikləri.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!