Vakansiya haqqında
Təsvir
- Şirkətin müxtəlif brendləri üçün sosial media kontent strategiyasının işlənib hazırlanması;
- Aylıq post planı və story planının hazırlanması;
- Paylaşım qrafikinə nəzarət və zamanında icrasının təmin edilməsi;
- Sosial media kanallarından gələn orqanik trafikin izlənməsi;
- Kanal üzrə statistikaların müntəzəm analizi Aylıq performans hesabatlarının hazırlanması;
- Paylaşımlarda linklərinin düzgünlüyünün yoxlanması;
- UTM parametrlərinin yaradılması və tətbiq edilməsi;
- TikTok böyüməsinə yönəlik reklam kontentinin hazırlanmasına nəzarət edilməsi, hazır kontentin reklamа göndərilməsi;
- Meta, TikTok, Linkedin və digər hesabların aktiv idarə olunması;
- TikTok və YouTube Shorts üçün video paylaşımlarının planlaşdırılması, Post və Story paylaşımlarının icra edilməsi;
- Dizayn, Kreativ, PR və PM komandaları ilə sıx əməkdaşlıq edilməsi;
- PM-lərdən gələn taskların icraya götürülməsi və nəzarət edilməsi;
- Daxili iş proseslərinin nizamlı şəkildə aparılması.
Tələblər
- Ali təhsil;
- Səlis azərbaycan və ingilis dili biliyi, rus dili biliyi üstünlükdür;
- Sosial media platformalarını (xüsusilə Instagram, TikTok) peşəkar səviyyədə bilmək;
- Analitik düşüncə tərzi — statistikaya baxıb məna çıxarmaq bacarığı;
- UTM parametrləri ilə iş təcrübəsi üstünlükdür;
- CapCut ilə video redaktə təcrübəsi;
- Güclü zamanı idarəetmə bacarığı, eyni anda bir neçə task ilə işləmək qabiliyyəti;
- TikTok və YouTube Shorts üçün kontent yaratma təcrübəsi üstünlükdür;
- Meta və ya Google Ads haqqında əsas biliklərin olması üstünlükdür;
- Sosial media analitika alətlərini bilmək üstünlükdür (Meta Business Suite, TikTok Analytics)
- Komanda ilə işləmə bacarığı.
Biz nə təklif edirik?
- Rəqabətli əmək haqqı;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
- Dinamik və müasir iş mühiti;
- Peşəkar və əməkdaşlığa əsaslanan komanda mühiti;
- Yeni bilik və bacarıqların inkişaf etdirilməsi üçün imkanlar;
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!