Vakansiya haqqında
Görəcəyiniz işlər:
- Məhsulların biznes məntiqini və təkmilləşdirmə imkanlarını müəyyən etmək;
- SQL vasitəsilə müxtəlif mənbələrdən məlumatları çıxarmaq, birləşdirmək və təhlil etmək;
- Excel-də hesabatlar, müqayisəli təhlillər və analitik modellər hazırlamaq;
- Müştəri davranışını, göstəriciləri, konversiyanı və prosesləri təhlil etmək;
- Problemlərin səbəblərini araşdırmaq, data əsasında həll təklifləri və biznes tələbləri formalaşdırmaq;
- Təhlil nəticələrini aydın təqdim etmək və biznes qərarları üçün əsaslandırılmış tövsiyələr hazırlamaqdır.
Bizim üçün uyğun namizəd:
- Ali təhsilə;
- Minimum bir il iş təcrübəsinə;
- İstehlak kreditləri, kredit kartı, satış və ya məhsulların yaradılması sahəsində iş təcrübəsinə;
- Yüksək səviyyədə MS Excel biliklərinə;
- Hesabatlıq və ya analitika istiqamətlərində iş təcrübəsinə (üstünlükdür);
- SQL biliklərinə;
- İngilis dili və Rus dili biliklərinə (arzuolunandır);
- Məlumatların vizuallaşdırılması üzrə biliklərə (üstünlükdür);
- Komandada (Scrum/Agile) işləmək bacarığı və yeni texnologiyaları öyrənmə həvəsinə;
- Kreativ düşüncə və problemlərin həllərinə kreativ yanaşma bacarığına sahib olan şəxsdir.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!