Vakansiya haqqında
Təsvir
- Satışın artırılmasına dair təkliflərin hazırlanması
- Bazar üzrə rəqabətli təklifin hazırlanması, tariflərin əlverişli idarə edilməsi və paket təkliflərinin təqdim edilməsi ilə kredit və qeyri-kredit məhsullarının inkişafı
- Əməkdaşların motivasiya sisteminin hazırlanması, təkmilləşdirilməsi və tədbiq edilməsi üzrə Departament direktoruna təkliflərin verilməsi;
- Bazar araşdırmaları və rəqabət mühitinin təhlilini aparmaq
- Yeni biznes imkanlarını müəyyən etmək və təkliflər hazırlamaq
- Yeni məhsul və xidmətlərin hazırlanması prosesində iştirak etmək
- Satış komandalarının fəaliyyətini dəstəkləyən alət və mexanizmlər hazırlamaq
- Müştəri seqmentasiyası və hədəf bazar analizlərini aparmaq
- Satış proseslərinin avtomatlaşdırılması və rəqəmsallaşdırılması üzrə təşəbbüslər irəli sürmək
- Yeni layihələrin iqtisadi səmərəliliyini qiymətləndirmək
- Biznes inkişafı üzrə layihələri koordinasiya etmək
- Satış və biznes inkişafı üzrə analitik hesabatlar hazırlamaq
- Strateji tərəfdaşlıqların qurulması və inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərmək
- Bankın seminarlarında iştirakçı və mühazirəçi qismində fəal iştirak etmək
- Müştəri xidmətləri üzrə keyfiyyət standartlarını hazırlamaq və yeniləmək
- Xidmət nöqtələrinin fəaliyyətini keyfiyyət göstəriciləri əsasında qiymətləndirmək
- Müştəri məmnuniyyəti göstəricilərinin monitorinqini aparmaq və təhlil etmək
- Müştəri şikayətləri, müraciətləri və təklifləri üzrə hesabatlar hazırlamaq.
- Gizli müştəri (Mystery Shopping) yoxlamalarını təşkil etmək və nəticələrini qiymətləndirmək
- Filial və satış nöqtələrində əməliyyat risklərinin müəyyənləşdirilməsi və azaldılması üzrə tədbirlər hazırlamaq
Tələblər
- Ali təhsil
- Bank işi, maliyyə, iqtisadiyyat, biznesin idarə edilməsi və ya müvafiq sahələr üzrə minimum 5 il iş təcrübəsi
- Komanda idarəetməsi və rəhbərlik vəzifəsində (qrup rəhbəri, menecer və s.) minimum 5 il iş təcrübəsi
- Satış və biznes inkişafı, məhsul inkişafı, müştəri təcrübəsi və ya əməliyyatların idarə olunması sahəsində təcrübə
- Müştəri xidmətləri üzrə keyfiyyət standartları və müştəri təcrübəsinin (Customer Experience) idarə edilməsi üzrə biliklər
- Analitik düşüncə, problem həll etmə və qərarvermə bacarığı
- Azərbaycan dilində səlis danışıq və yazı bacarığı, rus və ingilis dillərini bilmək üstünlükdür
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!