Vakansiya haqqında
Görəcəyiniz işlər:
• Strateji təşəbbüsləri və metrikləri formalaşdırmaq və onların icrasının təmin edilməsi istiqamətində dəstək vermək;
• Təşəbbüslərin vaxtında və keyfiyyətlə icrasına nəzarət etmək, onlara sahiblik edən struktur bölmələrinə icra ilə bağlı dəstək göstərmək;
• İcra edilmiş strateji təşəbbüslərin keyfiyyətini ölçmək və zərurət olduqda keyfiyyətin artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirmək;
• Qlobal və yerli bazarda yeni trendləri müəyyən etmək və onların əsasında strategiyaya aid təkliflər formalaşdırmaq;
• Strategiyanın icrası zamanı zərurət yarandığı təqdirdə kənar məsləhətçiləri cəlb etmək və onlarla yaxından çalışmaq;
• Xüsusi hallarda müəyyən təşəbbüslər üzrə sahibliyi öz üzərinə götürmək və təşəbbüslərin icrasına görə məsuliyyət daşımaq;
• Strategiya üzrə görülmüş və icrada olan təşəbbüslər barədə rəhbərliyə hesabatlar və təkliflər vermək.
Bizim üçün uyğun namizəd:
• Ali təhsilli (xarici təhsil və ya beynəlxalq sertifikat üstünlükdür);
• Ən azı 2 il iş təcrübəsi olan;
• Konsultinq təcrübəsinə sahib olan;
• Yaxşı səviyyədə MS Office proqramları biliyinə malik olan;
• Xarici dilləri bilən (İngilis dili mütləqdir, rus arzuolunandır);
• Data əsasında nəticə çıxarma, problem həll etmə və araşdırma bacarıqları olan;
• Yüksək təqdimat və ünsiyyət qabiliyyətinəsahib olan şəxsdir.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!