Məlumat xidməti bölməsinin kiçik eksperti

Məlumat xidməti bölməsinin kiçik eksperti

Bank of Baku
  • Şəhər

    Gəncə, Kəpəz rayonu, N.Nərimanov pr-ti, 42C

  • Kateqoriya

    Bank işi

  • Maaş

    Razılaşma ilə

  • Yerləşmə tarixi

    29 oktyabr 2025

  • Bitmə tarixi

    30 noyabr 2025

Vəzifə funksiyaları
- Filial tərəfindən təklif edilən bütün növ məhsul və xidmətlər üzrə müraciətçilərə ilkin məlumatları verir və müraciətçilərin istəyinə əsasən onları müvafiq bölmələrə yönəldir.
- Filiala olunan telefon zənglərinə cavab verir, zərurət olduqda müraciətçilərə və müştərilərə filial tərəfindən təklif edilən bütün növ məhsul və xidmətlər üzrə ilkin məlumatları verir və zəng vurmuş şəxslərin istəyinə əsasən onları müvafiq bölmələrin əməkdaşları ilə birləşdirir.
- Aidiyyatı dövlət strukturlarından daxil olan sorğulara cavablar hazırlayır.
- İstehlak kreditləri layihələri üzrə müraciətçilərin bankdaxili qaydalara əsasən təqdim etdikləri sənədlərin ilkin ekspertizasını aparır. Sənədlər bankdaxili qaydalara əsasən tərtib edildikdə müraciətçiləri İstehlak Kreditləri bölməsinə yönəldir, əks halda sənədlərdəki uyğunsuzluqları və çatışmazlıqları göstərməklə sənədlərin dəyişdirilməsi barədə müraciətçilərə məlumat verir.
- Bank tərəfindən mövcüd olan vakansiyalara işçi qəbulu aksiyaları aparıldıqda, Banka müraciət etmiş namizədlər tərəfindən işə qəbul edilmə anketlərinin doldurulması üçün onlara çap edilmiş blankları təqdim edir və bu blankların doldurulması ilə əlaqədar yaranan suallara cavab verir. Toplanmış cv-lərin bankın İRD-nə göndərilməsini təmin edir.
- Filial ilə digər struktur bölmələri arasında bankdaxili sənəd mübadiləsini təmin edir və onların qeydiyyatını aparır.
- Daxil olan və çıxan məktubların, dövri nəşrlərin qeydiyyatını aparır və arxivləşdirir.
- Növbənin avtomatik idarəedilmə sistemi ilə bağlı filiala daxil olmuş şəxslərin suallarına cavab verir və lazım olduqda onlara köməklik göstərir.
- Zərruri hesab edilən hallarda müştəriyə və ya müştərilər qrupuna telefon vasitəsilə hər hansı bir məlumatı çatdırır, aidiyyatı bankdaxili strukturlar tərəfindən müəyyənləşdirilmiş müştərilərə zənglər etməklə bankın aktual məhsul və xidmət növlərini təklif edərək banka/filiala müştəri cəlbini təmin edir.
- Ayda 1 dəfə olmaqla filialın əməkdaşlarının təsərrüfat mallarına olan ehtiyyacını toplayıb aylıq sifarışlər verir.
- Filialda olan buklet sayına nəzarət edir, bitdiyi halda yeni bukletler sifariş edir. Bayram ərəfələrində bankın iş rejimi ilə əlaqədar qurumdan göndərilən elanları müvafiq yerlərdə vurulmasını təmin edir.
- Təhkim olunmuş pos terminal vasitəsiylə PİNSET xidməti üzrə kartlara pin kodun təyin olunmasını həyata keçirir.
- MXD/filial direktoru, MXD/filial direktorunun müavini və Filial Şəbəkəsinin İdarə edilməsi Departamenti tərəfindən tələb edilən sorğu və hesabatları vaxtında icra və təmin edir;.
- Aparılan əməliyyatlar üzrə bank və komersiyya sirləri təşkil edən məlumatların qorunmasını təmin edir.
- Əmək müqaviləsi, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir.
- Bilavasitə rəhbəri, sahə rəhbəri və İdarə Heyətinin sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir.
Yumşaq bacarıqlar
  • Məsuliyyət
  • Nizam intizam
  • Dürüstlük
Digər şərtlər
 Vəzifələrini həyata keçirən zaman ortaya çıxan vacib məsələlər barədə subordinasiya qaydalarına uyğun olaraq bilavasitə rəhbərinə müraciət edir və məsələlərin həlli istiqamətində onunla əməkdaşlıq edir.
 Əmək fəaliyyəti prosesində Bankın struktur bölmələrinin cari iş ahənginin pozulmasına və komandadaxili münasibətlərin pisləşməsinə təsir göstərən hərəkətlərə yol verməməlidir.
Dil biliyi
  • Azərbaycan - Yüksək
  • Rus - Orta
  • İngilis - Başlanğıc
Kompüter biliyi
  • Ms office - Başlanğıc

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Müraciət üçün e-poçt daxil et

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox