Bakı
Digər
Razılaşma ilə
Tam-ştat
07 avqust 2025
23 avqust 2025
Birbank-da Aktiv və passivlərin idarə edilməsi şöbəsinin müdiri vakansiyası üzrə bankın likvidlik və bazar risklərinin idarə edilməsinə rəhbərlik edəcək, strateji maliyyə qərarlarının formalaşdırılmasına töhfə verəcək və şöbənin fəaliyyətini effektiv şəkildə planlayıb koordinasiya edəcək təcrübəli və analitik düşüncəyə sahib bir lider axtarırıq.
Ali iqtisadi təhsil;
Bankda müvafiq sahədə ən azı 5 illik təcrübə;
MS Office proqramlarını (xüsusi ilə MS Excel) biliyi və işində istifadəni təmin etmək bacarığı;
Vahid komanda tərkibində işləmək və birgə nəticələrin əldə edilməsinə töhfə vermək bacarıqları;
Liderlik qabiliyyəti;
Güclü analitik düşüncə;
Kommunikasiya bacarıqları;
Azərbaycan dili (əla), ingilis dili (yüksək), rus dili (orta) bilikləri.
· İnkişaf imkanları
· Rəqabətli əmək haqqı və bonuslar
· Yüksək təminatlı sığorta
· Dəstəkləyici mühit
· Visa Premium əmək haqqı kartı
· Korporativ endirimlər
· Korporativ tədbirlər
· Əlavə məzuniyyət
· Güzəştli təhsil və işçi krediti
Şöbənin işlərinin planlanması, təşkili və bölüşdürülməsi;
Bankın likvidlik və bazar risklərinin idarə edilməsi üçün normativ və qaydaların hazırlanmasında iştirak edilməsi;
Aktiv və öhdəliklərin idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə həyata keçirilən layihələr və tədbirlərin təşkil edilməsi;
Aktiv və öhdəliklərin idarə edilməsi işinin tərkibi olaraq digər struktur bölmələr və partnyor təşkilatlarla görülən ortaq işlərin koordinasiya edilməsi;
Şöbə üzrə qarşıya qoyulmuş strateji və taktiki hədəflərə çatmaq üçün işlərin təşkil edilməsi;
Riyazi və statistik üsullardan istifadə edərək məlumatların təhlil olunması;
Bankın aktiv və passivlərinin idarə edilməsinin həyata keçirilməsi;
Bankın likvidliyinin idarə olunması, bazar risklərinin idarə edilməsi işinin təşkil edilməsi;
Müəyyən edilmiş müxtəlif maliyyə göstəriciləri üzrə mütəmadi olaraq Bankın fəaliyyətinin təhlil edilməsi və bu barədə rəhbərliyin məlumatlandırılması;
Kapitalın effektiv istifadəsinin təmin olunması;
Daxili vəsait transferi qiymətləri sisteminin idarə edilməsi.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!
Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin
aktivlik
müddətinin sonunadək orada qalacaq.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.