Vakansiya haqqında
Birbankın Maliyyə menecmenti departamentinin Aktiv və passivlərin idarə edilməsi şöbəsinə əməkdaş axtarırıq. Mövcud bank məhsullarının, xidmətlərinin və biznes sahələrinin fəaliyyətini qiymətləndirmək, təkmilləşdirmə və inkişaf sahələrini müəyyənləşdirib, strateji düzəlişlər tövsiyə etmək və strateji təşəbbüslərin maliyyə mümkünlüyünü qiymətləndirmək üçün maliyyə modelləri yaratmaq əsas məqsədlərimizdəndir.
+ ' ' +- Ali iqtisadi təhsil;
- Bankda maliyyə sahəsində ən azı 3 il təcrübəsi;
- MS Office proqramlarını (xüsusi ilə MS Excel) bilmək və işində istifadəsinin təmin etmək;
- Vahid komanda tərkibində işləmək və birgə nəticələrin əldə edilməsinə töhfə vermək;
- Azərbaycan dili (əla), rus dili (orta), ingilis dili (orta) səviyyədə biliklərə malik olmaq.
- İnkişaf imkanları
- Rəqabətli əmək haqqı və bonuslar
- Yüksək təminatlı sığorta
- Dəstəkləyici mühit
- Visa Premium əmək haqqı kartı
- Korporativ endirimlər
- Korporativ tədbirlər
- Əlavə məzuniyyət
- Güzəştli təhsil və işçi krediti
- Riyazi və statistik üsullardan istifadə edərək APİE işinə aid hesabatların hazırlanması və məlumatların təhlil olunması;
- Bankın aktiv və öhdəliklərinin idarə edilməsində iştirak, likvidlik vəziyyətinin və pul axınlarının izlənməsi, dövrü olaraq göstəricilərin normalara uyğunluğunun yoxlanması;
- APİK-ə təqdim ediləcək hesabatların və təqdimatların hazırlanması;
- Şöbənin ƏFG hədəflərinin həyata keçirilməsi üçün üzərinə düşən vəzifələrin və şöbə rəisi tərəfindən verilən spesifik tapşıqların icra edilməsi.
Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!