Vakansiya haqqında
Birbank IT Biznes analitika sahəsi üzrə həvəsli, yenilikçi, motivasiyalı və inkişafa yönümlü təcrübəçilər axtarışındadır! Təcrübə proqramının müddəti 3 aydır.
- Ali təhsil;
- Analitik yanaşma və problem həlletmə bacarığı;
- MS Ofis alətlərindən (MS Office, Google Workspace və s.) istifadə;
- Biznes analizi alətləri və metodologiyalarına maraq;
- Müasir kommunikasiya və əməkdaşlıq platformalarından istifadə bacarığı;
- Yeni texnologiyaları mənimsəməyə hazırlıq.
- Təcrübəli mütəxəssislərlə işləyərək bilik və bacarıqları təkmilləşdirmək imkanı;
- Fürsət və yeniliklər dolu bir mühitdə işləmək imkanı;
- Güclü və böyük komandanın bir hissəsi olaraq yeniliklərə imza atmaq;
- Peşəkar karyera yoluna başlanğıc.
- Mövcud proseslərin araşdırılması, təkmilləşdirmə imkanlarının müəyyən edilməsi;
- Sistemlər və məhsullar üzrə texniki və biznes sənədlərin hazırlanmasına kömək etmək;
- Müxtəlif maraqlı tərəflərlə ünsiyyət quraraq tələblərin düzgün anlaşıldığından əmin olmaq;
- Müasir analiz alətlərindən (JIRA, Confluence, SQL və s.) istifadəni öyrənmək və tətbiq etmək;
- Biznes tələblərinin toplanması, sənədləşdirilməsi və təhlilinə dəstək göstərmək.
Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!