Hüquqi – notariat dəstək üzrə mütəxəssis

Hüquqi – notariat dəstək üzrə mütəxəssis

ABB
  • Şəhər

  • Kateqoriya

    Bank işi

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    18 noyabr 2025

  • Bitmə tarixi

    18 dekabr 2025

Görəcəyiniz işlər:

  • Bank adından çıxış etmək səlahiyyəti çərçivəsində notariat kontorlarında keçirilən alqı-satqı, ipoteka, girov, razılaşma və digər müvafiq əməliyyatlarda iştirak etmək;
  • Notariat orqanlarında rəsmiləşdirilən sənədləri, müqavilələri və digər hüquqi sənədləri Bank adından imzalamaq;
  • Rəsmiləşdirilən bütün sənədlərin, rəy verilmiş formata zidd olmamasını təmin etmək;
  • Notariat kontorları ilə əlaqəli məsələlər üzrə Pərakəndə məhsulların satışına dəstək şöbəsi, Hüquq departamenti, İpoteka şöbəsi və digər aidiyyəti struktur bölmələrlə operativ əməkdaşlıq etmək;
  • Rəsmiləşdirilən sənədlərin Bankın daxili qaydalarına və normativ tələblərinə uyğun şəkildə qeydiyyata alınması və arxivləşdirilməsi üçün aidiyyəti bölmələrə təqdim olunmasını təmin etmək;
  • Müqavilələrin və digər hüquqi sənədlərin rəsmiləşdirilməsi zamanı müştərilərlə və qarşı tərəflərlə etik davranış və bankın xidmət standartlarına riayət etmək;
  • Bankın səlahiyyətli orqanları və rəhbər şəxslərinin yazılı və ya şifahi tapşırıqlarını vaxtında və keyfiyyətlə yerinə yetirmək;
  • Bankın daxili intizam qaydalarına, davranış kodeksinə və etik prinsiplərinə əməl etmək;
  • Bankın fəaliyyətinə dair konfidensial məlumatların qorunmasına və üçüncü şəxslərə ötürülməməsinə riayət etmək;
  • Rəhbərliyin tapşırığı ilə Bankın fəaliyyət istiqamətləri üzrə digər inzibati, hüquqi və təşkilati işlərin yerinə yetirilməsini təmin etmək;
  • Qanunvericilikdə və Bankın daxili normativ sənədlərində müəyyən edilmiş digər vəzifələri icra etmək.

Bizim üçün uyğun namizəd:

  • Ali hüquqi və ya iqtisadi təhsil;
  • “MS Office” proqramlarında sərbəst işləmə bacarığı;
  • Azərbaycan Respublikasının notariat və bank fəaliyyəti haqqında qanunvericilik aktları ilə tanışlıq;
  • Hüquqi sənədlərlə işləmə bacarığı;
  • Analitik düşüncə tərzi;
  • Problemlərin həll bacarığı;
  • Komandada işləmə bacarığı;
  • Stressə davamlılıq;
  • Yüksək məsuliyyətlik;
  • Dəqiqlik;
  • Çeviklik;
  • Mühitə uyğunlaşma;
  • Kommunikasiya bacarıqları olan şəxsdir.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox