Vakansiya haqqında
Vəzifə öhdəlikləri
- Şirkətin tərəf olduğu məhkəmə qərarlarının, notariat icra qeydlərinin və digər səlahiyyətli orqanların qərarlarının icrasının təmin edilməsi;
- İcra qurumları, borclular və iş üzrə digər tərəflərlə effektiv işgüzar münasibətlərin qurulması və proseslərin koordinasiyası;
- Borclular tərəfindən ödənişlərin vaxtında və lazımi qaydada həyata keçirilməsi üçün müvafiq tədbirlərin görülməsi;
- Müştəri portfeli üzrə məhkəməyə qədərki mərhələdə olan işlər üzrə borcların yığılmasının təmin edilməsi;
- İcra mərhələsində olan işlər üzrə məlumat bazasının yaradılması, dəqiq və aktual məlumatlarla mütəmadi yenilənməsi;
- İcra portfeli üzrə dövri və tələb olunan hesabatların hazırlanması və təqdim edilməsi;
- Şirkətin səlahiyyətli qərarvermə orqanları tərəfindən qəbul edilmiş qərarların icrası ilə bağlı zəruri tədbirlərin görülməsi;
- İcra işləri ilə əlaqədar zəruri hallarda ezamiyyətlərdə iştirak edilməsi;
- Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqların vaxtında və keyfiyyətlə icra edilməsi.
Namizədə tələblər
- Məhkəmə qərarlarının və digər icra sənədlərinin məcburi icrası sahəsində təcrübə üstünlükdür;
- Hüquq sahəsində ali təhsil (bakalavr dərəcəsi);
- Hüquq sahəsində 1–2 il iş təcrübəsi;
- Microsoft Office
- Yaş həddi 27-33
- Kişi namizədlərə üstünlük verilir
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!