Əməliyyatlara Nəzarət Departamentinin İlkin Nəzarət Şöbəsinin Mütəxəssisi / Aparıcı Mütəxəssisi

Əməliyyatlara Nəzarət Departamentinin İlkin Nəzarət Şöbəsinin Mütəxəssisi / Aparıcı Mütəxəssisi

Bank Respublika ASC
  • Şəhər

    Bakı, Azərbaycan

  • Kateqoriya

    Digər

  • Maaş

    Razılaşma ilə

  • Yerləşmə tarixi

    23 aprel 2026

  • Bitmə tarixi

    23 may 2026

Təsvir

  • Əməliyyatların Azərbaycan Respublikasının Qanunvericiliyinə, AR Mərkəzi Bankının normativlərinə və Bankın daxili qaydalarına uyğunluğunun yoxlanılması, daxil olan sorğulara müvafiq rəylərin verilməsi;
  • Əməliyyat sahəsi üzrə əməliyyatlara ilkin və sonrakı nəzarətin həyata keçirilməsi;
  • Filial, şöbə, digər struktur bölmələri və dövlət orqanlarından daxil olan şifahi və yazılı sorğuların cavablandırılması;
  • Müxtəlif əməliyyatlara dair gündəlik və aylıq hesabatların hazırlanması;
  • Şöbənin fəaliyyətinə, nəzarət orqanlarına və rəhbərliyə təqdim etmək üçün hesabatların hazırlanması;
  • Bankın yeni məhsulları ilə bağlı testlərin aparılması, yeni hesabatların sifarişi və test edilməsi.

Tələblər

  • Ali təhsil (maliyyə və ya iqtisadiyyat üzrə olması üstünlükdür);
  • Bank sektorunda minimum 2 illik iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili – əla; Rus və İngilis dilləri – yaxşı səviyyədə olması arzuolunandır;
  • Kompüter bilikləri: Microsoft Office (Outlook, Word, Excel, PowerPoint);
  • Bank fəaliyyətini tənzimləyən qanunvericilik və normativlər üzrə biliklərin olması;
  • Analitik düşünmə və güclü təhlil qabiliyyəti;
  • Yaxşı yazılı və şifahi ünsiyyət bacarığı;
  • Yeni bilik və bacarıqları öyrənməyə həvəs və inkişaf yönümlülük;
  • Məsuliyyətli olmaq və detallara diqqət yetirmək bacarığı;
  • Təşəbbüskarlıq və yenilikçi yanaşma;
  • Komandada və fərqli insanlarla effektiv işləmək bacarığı.


Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Daha çox Xidmət vakansiyaları üçün www.isbu.az saytına keçid edin.

Oxşar vakansiyalardan bildiriş al

Əməliyyatlara Nəzarət Departamentinin İlkin Nəzarət Şöbəsinin Mütəxəssisi / Aparıcı Mütəxəssisi vakansiyaları olduğu zaman anında bildirişi e-poçtunuza alın.

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox