Vakansiya haqqında
Ümumi vəzifə öhdəlikləri:
• Bank sistemində əməliyyat gününün açılma və bağlanmasının həyata keçirilməsi;
• Əməliyyat gününün açılması və bağlanması üzrə hazırlıq işlərinin aparılması;
• Proses zamanı yaranan problemlərin vendorla birgə həll edilməsi;
• Həftədə 5 gün olmaqla, saat 19:00-dan proses bitənədək (əksər hallarda saat 22:00 - 23:00-dək) distant şəkildə iş fəaliyyətinin həyata keçirilməsi.
Sizə nə təklif edirik?
• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Əlverişli iş mühitində çalışmaq imkanı.
• Ali təhsil;
• Bank sistemi və bankda icra olunan proseslər haqqında anlayışlar;
• Dil bilikləri: Azərbaycan dili əla, Rus dili yaxşı səviyyədə arzuolunandır;
• Yüksək səviyyədə məsuliyyətlilik;
• Texniki və analitik düşünmə qabiliyyəti;
• Məlumatlar əsasında təhliletmə və düzgün qərarvermə bacarığı;
• Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 14 aprel 2021-ci il tarixinədək email-in mövzu hissəsində “Bank sisteminin operatoru” qeyd edərək HR@bankrespublika.az elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Mənbə: jobsearch.az
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!