Vakansiya haqqında
Görəcəyiniz işlər:
- Müvafiq normativ hüquqi aktlar çərçivəsində bank xidmətlərinin göstərilməsi;
- Hesablar üzrə əməliyyatların aparılması, ödəniş tapşırıqları və konvertasiya əməliyyatlarının icra edilməsi, depozit seyflərinin icarəsinin rəsmiləşdirilməsi;
- Kreditlərin və əmanətlərin rəsmiləşdirilməsi, debet və kredit kartlarının sifarişi;
- Əməliyyatların icrası ilə bağlı müvafiq sənədlərin hazırlanması, yoxlanılması və icrasına nəzarət edilməsi;
- Müştərilərin sənədlərinin toplanılması, mövcud və yeni cəlb edilmiş imtiyazlı/xüsusi imtiyazlı müştərilərin əməliyyatlarıınn aparılması;
- Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılması sahəsində eyniləşdirmə və verifikasiya tədbirlərinin, şübhəli əməliyyatların aşkarlanması üçün daxili qaydalara uyğun olaraq, səlahiyyətləri daxilində müvafiq tədbirlərin görülməsi;
- Bankın məhsulları və xidmətləri haqqında məlumatlara malik olmaq.
Bizim üçün uyğun namizəd:
- Ali təhsilli;
- MS Office proqramlarında işləmək bacarığına malik;
- Bank fəaliyyətini tənzimləyən qanunvericiliklə tanış olan;
- Mərkəzi Bankın aktları və normativ sənədləri ilə tanış olan;
- Analitik düşüncə tərzinə malik;
- Problemləri həll etmək bacarığına sahib;
- Komandada işləmək bacarığı olan və stresə davamlı;
- Kommunikasiya bacarıqlarına sahib şəxsdir.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!