Yeni

Product Owner - Cinema squad - Future Lab

  • Bakı, PBT2 (Port Baku Tower 2),
  • Bank işi
  • 12 oktyabr 2026
  • 58 baxış
  • Maaş Razılaşma ilə
  • Bitmə tarixi 12 noyabr 2026 30 gün qalıb

Vakansiya haqqında

Cinema Squad — müştərilərə filmləri kəşf etmək, seansları nəzərdən keçirmək və kino biletlərini rahat şəkildə əldə etmək imkanı yaradan komandadır. Bu istiqaməti inkişaf etdirməyə davam edərkən, squad müştərilər və biznes üçün real dəyər yaradan kino məhsullarının hazırlanması və təkmilləşdirilməsi prosesini end-to-end idarə edir. Komanda Product, Engineering, Design və biznes tərəfdaşları ilə sıx əməkdaşlıq edərək ideyaları və biznes ehtiyaclarını effektiv rəqəmsal həllərə çevirir, müştəri təcrübəsini təkmilləşdirir, istifadəçi cəlbini, biznes artımını və müştəri loyallığını artırmağa çalışır.

+ ' ' +
  • Product Owner vəzifəsində iş təcrübəsi, məhsul üzrə tapşırıqlar siyahısının (Backlog) idarə edilməsi, prioritetlərin müəyyənləşdirilməsi və müxtəlif funksional komandalarla əməkdaşlıq bacarığı.
  • Xarici tərəfdaşlar və ya üçüncü tərəf platformaları ilə inteqrasiyaların tələblərin müəyyən edilməsindən test və istifadəyə verilməyədək idarə olunması üzrə praktiki təcrübə.
  • API-lər, məlumat axınları (Data Flows) və sistemlərarası asılılıqlar haqqında anlayış; inteqrasiya tələblərini və mümkün həll variantlarını texniki komandalar və texnologiya tərəfdaşları ilə müzakirə etmək bacarığı.
  • Daxili və xarici maraqlı tərəflərlə əməkdaşlıq etmək, onların fəaliyyətini koordinasiya etmək və məhsulun nəticələrinə görə məsuliyyət daşımaq bacarığı.

Üstünlükdür:

  • Kommersiya modelləri, vahid iqtisadiyyat (Unit Economics) və biznesin inkişafı imkanları üzrə güclü biliklər.
  • Kino istiqamətini davamlı gəlir gətirən biznes kimi inkişaf etdirməyə maraq.
+ ' ' +
  • Ekosistem səviyyəsində öyrənmə imkanları
  • Mentorluq və peşəkar inkişaf
  • Milyonlarla müştəri üçün real təsir yaratmaq
  • Dəstəkləyici və açıqfikirli mədəniyyət
  • Texnologiya və biznesin kəsişməsində karyera imkanı
  • Rəqabətli əməkhaqqı və bonuslar
  • Yüksək təminatlı sığorta
  • Visa Premium əməkhaqqı kartı
  • Korporativ endirimlər
  • Korporativ tədbirlər
  • Əlavə məzuniyyət günləri
+ ' ' +
  • Ümumi biznes məqsədlərinə uyğun olaraq Cinema istiqaməti üzrə məhsul vizyonunu, strategiyasını və roadmap-ini müəyyən etmək və idarə etmək.
  • Biznes məqsədlərini və müştəri ehtiyaclarını aydın və prioritetləşdirilmiş backlog-a çevirmək, ətraflı user story-lər və acceptance criteria hazırlamaq.
  • Məhsulun bütün həyat dövrünü — discovery, development, launch və davamlı təkmilləşdirmə mərhələlərini — idarə etmək.
  • Mühəndislik, dizayn, data, marketinq, hüquq və compliance komandaları ilə sıx əməkdaşlıq edərək istifadəçilər üçün rahat və seamless cinema təcrübəsi yaratmaq.
  • Kino tərəfdaşları, bilet satış platformaları və texnologiya provayderləri ilə əlaqələri idarə etmək, yeni tərəfdaşlıqları və inteqrasiyaları qiymətləndirmək.
  • Conversion, bilet satışları, GMV, engagement, retention və müştəri məmnuniyyəti kimi əsas məhsul göstəricilərini müəyyən etmək, izləmək və təkmilləşdirmək.
  • İstifadəçi araşdırmaları aparmaq, müştəri davranışlarını analiz etmək və A/B testlər həyata keçirərək cinema booking journey-ni davamlı təkmilləşdirmək.
  • Məhsulun tənzimləyici, ödəniş, təhlükəsizlik və data protection tələblərinə uyğunluğunu təmin etmək.
  • Marketinq komandası ilə birlikdə go-to-market fəaliyyətlərini idarə etmək və launch-dan sonra nəticələri analiz etmək.

Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.

Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Gələcək Product Owner - Cinema squad - Future Lab vakansiyasına indi müraciət et

İndi CV yaradaraq arzuladığınız vəzifə üzrə yaranacaq vakansiyaya ilk siz müraciət edin.

Müraciət et

Oxşar vakansiyalar

30

Premium et və elanını daha böyük kütləyə çatdır

Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin
aktivlik müddətinin sonunadək orada qalacaq.

Xidmətin müddətini seçin:
Ödəniş etməklə sayt istifadəçi razılaşmasını və sayt qaydalarını qəbul etmiş olursunuz.

Elanını irəli çək və elanını daha böyük kütləyə çatdır

Sizin elan seçilmiş paketə uyğun olaraq irəli çəkiləcək və ana səhifədə üst-də görünəcək

Xidmətin növünü seçin:
Ödəniş etməklə sayt istifadəçi razılaşmasını və sayt qaydalarını qəbul etmiş olursunuz.

İdarə heyyətinə şikayətinizi bildirin

Şikayət səbəbini seçin:

DİQQƏT!

Bu əməliyyatı yerinə yetirmək üçün namizəd profilinə keçid edin

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox

Ödəniş uğurludur!

Sizin ödənişiniz uğurla həyata keçirilmişdir.

Məhsul

Ödənişin nömrəsi

Ödəniş tarixi

Edən şəxs

Vasitəçi

Ümumi məbləğ