Yeni

QA Funksional Lider - Future Lab

  • Bakı, PBT2 (Port Baku Tower 2),
  • Bank işi
  • 12 oktyabr 2026
  • 78 baxış
  • Maaş Razılaşma ilə
  • Bitmə tarixi 12 noyabr 2026 30 gün qalıb

Vakansiya haqqında

Keyfiyyətə önəm verən, texnologiya ilə işləməyi və test proseslərini daha səmərəli qurmağı sevən bir mütəxəssissinizsə, sizi komandamıza QA mühəndis kimi dəvət edirik.

Bu rolda test infrastrukturunun qurulması və inkişaf etdirilməsində iştirak edəcək, müasir test və avtomatlaşdırma alətlərindən istifadə edərək məhsulların keyfiyyətini təmin edəcəksiniz. Proqram təminatının hazırlanmasının bütün mərhələlərində test proseslərini həyata keçirəcək, potensial problemləri vaxtında aşkarlayacaq və onların həllinə töhfə verəcəksiniz.

Əsas məqsədimiz test proseslərinin mümkün qədər avtomatlaşdırılması, səmərəliliyin artırılması və yüksək keyfiyyət standartlarının təmin edilməsidir.

Əgər güclü texniki biliklərə, analitik düşüncəyə və keyfiyyətə fokuslanan yanaşmaya sahibsinizsə, sizi komandamızda görməkdən məmnun olarıq!

+ ' ' +

Tələblər:

  • QA sahəsində ən azı 4 il iş təcrübəsi, o cümlədən rəhbər vəzifədə ən azı 2 il təcrübə.
  • QA proseslərinin sıfırdan qurulması və təkmilləşdirilməsi sahəsində praktiki təcrübə.
  • 5 və ya daha çox əməkdaşdan ibarət komandanın idarə edilməsi təcrübəsi.
  • Funksional test (Functional Testing), təkrar test (Regression Testing), inteqrasiya testi (Integration Testing) və qəbul testi (Acceptance Testing) daxil olmaqla, test metodologiyaları və texnikaları üzrə güclü biliklər.
  • Test strategiyalarının və test planlarının hazırlanması təcrübəsi.
  • Test metodologiyalarının və proseslərinin tətbiqi təcrübəsi.
  • Test mütəxəssislərindən ibarət komandanın idarə edilməsi təcrübəsi (tapşırıqların planlaşdırılması, işin izlənilməsi, əməkdaşların təlimi və inkişafı).
  • Mentor olmaq və biliklərini başqaları ilə bölüşmək bacarığı.
  • Məhsul komandaları, proqram təminatı üzrə mütəxəssislər (developer-lər), analitiklər və rəhbərlik daxil olmaqla, müxtəlif maraqlı tərəflərlə əməkdaşlıq bacarığı.
  • Çoxfunksiyalı komandalarla işləmək və məhsulun keyfiyyəti ilə bağlı razılaşmalar aparmaq təcrübəsi.
  • Testlərin idarə edilməsi alətləri (məsələn, TestRail, Xray və s.) üzrə biliklər.
  • API test alətləri (məsələn, Postman) ilə işləmək təcrübəsi.
  • SQL üzrə baza bilikləri və logların təhlili bacarığı.
  • Testlərin avtomatlaşdırılması və testlərin CI/CD prosesinə inteqrasiyası haqqında anlayış və təcrübə.
  • Mobil tətbiqlərin test edilməsi təcrübəsi.
  • Agile/Scrum mühitində işləmək təcrübəsi.
  • SDLC (Software Development Life Cycle — proqram təminatının hazırlanma həyat dövrü) və onun test proseslərinə təsiri haqqında biliklər.

Üstünlükdür:

  • Performans testləri (Performance Testing) və təhlükəsizlik testləri (Security Testing) üzrə təcrübə.
  • Bank sektorunda iş təcrübəsi.


+ ' ' +
  • Ekosistem səviyyəsində öyrənmə imkanları
  • Mentorluq və peşəkar inkişaf
  • Milyonlarla müştəri üçün real təsir yaratmaq
  • Dəstəkləyici və açıqfikirli mədəniyyət
  • Texnologiya və biznesin kəsişməsində karyera imkanı
  • Rəqabətli əməkhaqqı və bonuslar
  • Yüksək təminatlı sığorta
  • Visa Premium əməkhaqqı kartı
  • Korporativ endirimlər
  • Korporativ tədbirlər
  • Əlavə məzuniyyət günləri
+ ' ' +
  • Test komandasının idarə edilməsi (işə qəbul prosesində iştirak, əməkdaşların motivasiyası, adaptasiyası və inkişafı).
  • Avtomatlaşdırılmış test strategiyasının qorunması və davamlı təkmilləşdirilməsi.
  • Test texnologiyaları və metodologiyaları ilə bağlı yeni ideyaların araşdırılması və təklif edilməsi, test proseslərinin optimallaşdırılması və məhsulun test strategiyasının idarə olunması.
  • Testin bütün mərhələlərində risklərin təhlili və qiymətləndirilməsi, riskləri minimuma endirmək üçün qərarların qəbul edilməsi.
  • Keyfiyyət hesabatlarının idarə olunması, test nəticələri və məhsulun keyfiyyət göstəriciləri üzrə hesabatların hazırlanması və təqdim edilməsi.
  • SLA və KPI göstəricilərinə uyğunluğun izlənilməsi, müəyyən edilmiş hədəflərə və keyfiyyət standartlarına vaxtında nail olunmasının təmin edilməsi.
  • Təlim və mentorluq fəaliyyətinin həyata keçirilməsi, komandanın texniki (hard skills) və şəxsi (soft skills) bacarıqlarının inkişafının dəstəklənməsi, təlimlərin və bilik mübadiləsinin təşkili.
  • Test strategiyalarının effektivliyinin təmin edilməsi, test müddətinin azaldılması və test əhatə dairəsinin artırılması üçün proseslərin optimallaşdırılması.
  • QA proseslərinin davamlı təkmilləşdirilməsi, proseslərdəki zəif nöqtələrin müəyyən edilməsi və onların aradan qaldırılması.
  • Şirkətdə keyfiyyət mədəniyyətinin formalaşdırılması və təşviq edilməsi, komanda üzvlərində yüksək keyfiyyət anlayışının və detallara diqqətin inkişaf etdirilməsi.
  • Metriklər və analitika ilə işləmək, keyfiyyət göstəricilərinin təhlil edilməsi və tətbiqi.

Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.

Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Gələcək QA Funksional Lider - Future Lab vakansiyasına indi müraciət et

İndi CV yaradaraq arzuladığınız vəzifə üzrə yaranacaq vakansiyaya ilk siz müraciət edin.

Müraciət et

Oxşar vakansiyalar

30

Premium et və elanını daha böyük kütləyə çatdır

Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin
aktivlik müddətinin sonunadək orada qalacaq.

Xidmətin müddətini seçin:
Ödəniş etməklə sayt istifadəçi razılaşmasını və sayt qaydalarını qəbul etmiş olursunuz.

Elanını irəli çək və elanını daha böyük kütləyə çatdır

Sizin elan seçilmiş paketə uyğun olaraq irəli çəkiləcək və ana səhifədə üst-də görünəcək

Xidmətin növünü seçin:
Ödəniş etməklə sayt istifadəçi razılaşmasını və sayt qaydalarını qəbul etmiş olursunuz.

İdarə heyyətinə şikayətinizi bildirin

Şikayət səbəbini seçin:

DİQQƏT!

Bu əməliyyatı yerinə yetirmək üçün namizəd profilinə keçid edin

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox

Ödəniş uğurludur!

Sizin ödənişiniz uğurla həyata keçirilmişdir.

Məhsul

Ödənişin nömrəsi

Ödəniş tarixi

Edən şəxs

Vasitəçi

Ümumi məbləğ