Transformasiya üzrə Baş Biznes Partnyor

Transformasiya üzrə Baş Biznes Partnyor

Unibank ASC
  • Şəhər

    Bakı, Azərbaycan

  • Kateqoriya

    Bank işi

  • Maaş

    Razılaşma ilə

  • Yerləşmə tarixi

    08 oktyabr 2026

  • Bitmə tarixi

    07 noyabr 2026

Təsvir

  • Bankın strateji transformasiya layihələri portfelinin planlaşdırılması, idarə edilməsi və icrasına nəzarət;
  • Portfel üzrə layihələrin müddət, büdcə, resurs və nəticə göstəricilərinin monitorinqinin aparılması;
  • Portfel üzrə ən mürəkkəb, kritik və prioritet layihələrin müstəqil şəkildə idarə edilməsi və nəticələrin təmin olunması;
  • Biznes sifarişçiləri, məhsul sahibləri və funksional rəhbərlərlə effektiv əməkdaşlığın və koordinasiyanın təmin edilməsi;
  • Layihə və portfel üzrə əsas risklərin, qarşılıqlı asılılıqların və resurs məhdudiyyətlərinin müəyyən edilməsi, monitorinqi və onların aradan qaldırılması üzrə rəhbərliyə təkliflərin hazırlanması;
  • Əsas maraqlı tərəflər arasında koordinasiyanın təmin edilməsi, status görüşlərinin, portfel komitələrinin və strateji sessiyaların təşkilində iştirak;
  • Layihə və portfel idarəetməsi üzrə alət və standartların, PMO proseslərinin, Agile və hibrid yanaşmaların tətbiqi və davamlı təkmilləşdirilməsi;
  • Rəhbərlik üçün portfel üzrə analitik məlumatların, idarəetmə hesabatlarının və təqdimat materiallarının hazırlanması;
  • Layihə menecerlərinə metodoloji və ekspert dəstəyinin göstərilməsi, qabaqcıl təcrübələrin paylaşılması və layihə idarəetmə kompetensiyalarının inkişafına töhfə verilməsi.

Tələblər

  • İqtisadiyyat, maliyyə, menecment, biznesin idarə edilməsi və ya digər əlaqəli sahələr üzrə ali təhsil;
  • MBA və ya magistr dərəcəsinin olması üstünlükdür;
  • Layihə və portfel idarəçiliyi üzrə minimum 5 il, aparıcı/baş layihə meneceri və ya Biznes Partnyor səviyyəsində minimum 2 il iş təcrübəsi;
  • Böyükmiqyaslı və kross-funksional layihələrin idarə olunması üzrə təcrübə;
  • Layihə, proqram və portfel idarəçiliyi üzrə müasir metodologiya və yanaşmalar, o cümlədən PMI, Agile, SAFe, Lean və P3O üzrə biliklər;
  • PMP, PgMP, PRINCE2, SAFe və ya IPMA üzrə sertifikatı olan namizədlərə üstünlük veriləcək.
  • Portfel idarəetməsi proseslərinin sıfırdan qurulması və təkmilləşdirilməsi üzrə təcrübə;
  • Əsas maraqlı tərəflərlə və rəhbərliklə effektiv əməkdaşlıq və kommunikasiya bacarığı;
  • Sistemli düşüncə və yüksək dinamika şəraitində effektiv qərarvermə bacarığı;
  • Azərbaycan, rus və ingilis dillərində sərbəst ünsiyyət və işgüzar yazışma bacarığı.

Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox