Layihə kreditlərinin təhlili şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi

Layihə kreditlərinin təhlili şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi

ABB
  • Şəhər

  • Kateqoriya

    Bank işi

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    08 oktyabr 2026

  • Bitmə tarixi

    07 noyabr 2026

Görəcəyiniz işlər:

  • Bankın daxili qayda və təlimatlarına uyğun layihə maliyyələşdirilməsi kreditləri üzrə Banka daxil olan kredit sifarişlərini təhlil etmək (müştərinin biznes fəaliyyəti ilə bağlı sahələrinə baxış keçirmək daxil olmaqla), qiymətləndirmək, və onlara dair rəy hazırlamaq, habelə həmin sifarişlərin icrasına dair qərarların qəbul edilməsi məqsədilə keçirilən müzakirələrdə müvafiq rəyi təqdim etmək;
  • Layihə kreditləri üzrə kredit memorandumunun hazırlanması zamanı  məlumatlar üzrə əlavə dəqiqləşdirmələrə zərurət yarandıqda, müştərinin müvafiq nümayəndəsindən əlavə məlumatları və sənədləri tələb etmək;
  • Layihə kreditləri üzrə kredit əqdinin qüvvədə olduğu müddət ərzində layihənin bütün mərhələlərinin mütəmadi izlənilməsini və təhlilini həyata keçirmək, zəruri hallarda bu istiqamətdə Bankın müvafiq struktur bölmələri ilə müzakirələr aparmaq, bununla bağlı müvafiq təkliflər hazırlayaraq aidiyyəti üzrə təqdim etmək;
  • Risklərin idarə edilməsinə məsul struktur bölmə ilə birlikdə Bankın kredit portfelində mövcud olan layihə kreditlərinin mütəmadi monitorinqinin həyata keçirilməsində iştirak etmək;
  • Layihə kreditləri üzrə tələb olunan hesabatları (məlumatları) təqdim etmək;
  • Səlahiyyətləri daxilində dövlət qurumlarının müvafiq struktur bölmələri, o cümlədən yerli və xarici maliyyə qurumları və iqtisadi məsələlərin təhlili ilə məşğul olan yerli və xarici məsləhətçilər ilə müzakirələr aparmaq, görüşlər keçirmək və əməkdaşlıq etmək;
  • Layihə kreditləri sahəsində araşdırmalar və tədqiqatlar aparmaq və zəruri hallarda bu istiqamətdə beynəlxalq və yerli məsləhətçilərin xidmətlərini istifadə etməkdir.

 

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilə (maliyyə, mühasibatlıq, iqtisadiyyat, biznesin idarə edilməsi və ya digər əlaqəli ixtisas);
  • Maliyyə sektoru sahəsində ən az 3 il iş təcrübəsinə;
  • CFA, FRM, ACCA və ya CIMA sertifikatlarına;
  • Əla səviyyədə azərbaycan dili və ingilis dili, yaxşı səviyyədə rus dili bacarıqlarına;
  • MS Office proqramlarından (xüsusilə MS Excel) müstəsna istifadə qabiliyyətinə;
  • Maliyyə modelləşdirməsi və təhlili üzrə təcrübəyə;
  • Bazar araşdırması və iqtisadi təhlil bacarıqlarına;
  • Problemləri həll etmə və qərarvermə bacarıqlarına;
  • Vaxtın idarə edilməsi və tapşırıqların prioritetləşdirilməsi bacarıqlarına;
  • Əla səviyyədə kommunikasiya və təqdimat bacarıqlarına sahib olan şəxsdir.

 

Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox