Vakansiya haqqında
Müasir mobil tətbiqimiz vasitəsilə insanların maliyyə xidmətlərindən istifadə təcrübəsini yenidən formalaşdırırıq. Fəaliyyətimizi genişləndirdiyimiz bir dövrdə texnologiya komandamıza rəhbərlik etmək və mobil tətbiqimizin texnoloji inkişafına istiqamət vermək üçün yüksək ixtisaslı və strateji düşüncəyə malik Tribe Tech Lead
+ ' ' +- Kompüter elmləri və ya əlaqəli sahə üzrə bakalavr və ya magistr dərəcəsi.
- Proqram təminatının hazırlanması sahəsində ən azı 5 il iş təcrübəsi.
- Texnologiya komandalarının və layihələrinin idarə olunması üzrə rəhbərlik təcrübəsi.
- Mobil tətbiqlərin hazırlanması sahəsində güclü bilik və təcrübə (üstünlükdür).
- Proqram təminatının hazırlanması metodologiyaları, alətləri və ən yaxşı təcrübələri üzrə dərin biliklər.
- Mobil tətbiqlərin hazırlanması texnologiyaları və framework-ləri üzrə peşəkarlıq.
- Güclü liderlik və ünsiyyət bacarıqları.
- Strateji düşünmə və problemləri həll etmə bacarığı.
- Effektiv kommunikasiya və əməkdaşlıq bacarıqları.
- Ekosistem səviyyəsində öyrənmə imkanları
- Mentorluq və peşəkar inkişaf
- Milyonlarla müştəri üçün real təsir yaratmaq
- Dəstəkləyici və açıqfikirli mədəniyyət
- Texnologiya və biznesin kəsişməsində karyera imkanı
- Rəqabətli əməkhaqqı və bonuslar
- Yüksək təminatlı sığorta
- Visa Premium əməkhaqqı kartı
- Korporativ endirimlər
- Korporativ tədbirlər
- Əlavə məzuniyyət günləri
- Şirkətin biznes məqsədlərinə uyğun texnoloji həllərin hazırlanması və tətbiqi üzrə strateji istiqamətin müəyyən edilməsi.
- Texnoloji yol xəritəsinin (Technology Roadmap) hazırlanması və təşkilati məqsədlərə uyğunlaşdırılması üçün rəhbərliklə əməkdaşlıq.
- Mobil tətbiqi dəstəkləyən texnoloji arxitektura və infrastruktur üzrə aydın strategiyanın formalaşdırılması və komanda ilə paylaşılması.
- Mobil tətbiqin fasiləsiz əlçatanlığını təmin etmək, dayanma müddətini minimuma endirmək və etibarlılığı artırmaq üçün strategiyaların hazırlanması və tətbiqi. Ehtiyat sistemlərin, nasazlıq zamanı avtomatik keçid mexanizmlərinin (Failover) və fəlakətdən bərpa planlarının hazırlanması üçün infrastruktur və əməliyyat komandaları ilə əməkdaşlıq.
- Tətbiqin performansını izləmək üçün alətlərin tətbiqi və idarə edilməsi. Xüsusilə Apdex (Application Performance Index) standartı və istifadəçi təcrübəsinin monitorinqinə fokuslanmaq.
- Optimal istifadəçi təcrübəsini qorumaq və performansın pisləşməsinə vaxtında müdaxilə etmək üçün Apdex hədlərinin müəyyən edilməsi və mütəmadi qiymətləndirilməsi.
- Mobil tətbiq ekosistemi daxilində mikro tətbiqlərin (Microapps) hazırlanmasına və inteqrasiyasına rəhbərlik edilməsi. İstifadəçi təcrübəsini və aktivliyini artırmaq üçün imkanların müəyyənləşdirilməsi məqsədilə məhsul idarəetməsi komandası ilə əməkdaşlıq.
- Üçüncü tərəflərlə inteqrasiya və tərəfdaşlarla əməkdaşlıq üçün proqram təminatı inkişaf dəstlərinin (SDK) hazırlanmasına və texniki dəstəyinə nəzarət edilməsi.
- SDK-ların düzgün sənədləşdirilməsinin, istifadəsinin asan olmasının və sənaye standartlarına uyğunluğunun təmin edilməsi.
- İnnovasiyaları təşviq etmək və rəqabət üstünlüyünü qorumaq üçün sahə üzrə yeniliklərin və yeni texnologiyaların izlənilməsi.
- Yüksək keyfiyyətli, təhlükəsiz və genişləndirilə bilən proqram təminatının hazırlanması üçün effektiv keyfiyyət təminatı (QA) proseslərinin tətbiqi və davamlı idarə edilməsi.
- Texnoloji həllərin problemsiz inteqrasiyasını təmin etmək üçün müxtəlif funksional komandalarla sıx əməkdaşlıq.
- Texnologiya komandasında innovasiya, əməkdaşlıq və davamlı təkmilləşdirmə mədəniyyətinin formalaşdırılması.
- Tribe-in texniki büdcəsinin idarə olunması və resurslardan səmərəli istifadə üçün rəhbərlər və digər maraqlı tərəflərlə əməkdaşlıq.
- Layihələrin müəyyən edilmiş müddətlərdə və hədəflərə uyğun tamamlanması üçün resursların effektiv bölüşdürülməsi.
- Tribe daxilində tələb olunan bacarıq və təcrübə balansını təmin etmək üçün komanda rəhbərləri ilə əməkdaşlıq.
Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!