Sistemlərin idarə edilməsi üzrə Aparıcı / Baş mütəxəssis olaraq, şirkətin İT infrastrukturunun etibarlı, təhlükəsiz və fasiləsiz fəaliyyətinin təmin edilməsində mühüm rol oynayacaqsınız. Vəzifə serverlərin, əməliyyat sistemlərinin və sistem xidmətlərinin idarə edilməsini, monitorinqini və optimallaşdırılmasını əhatə edir.
+ ' ' +
- Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi.
- Windows Server və Linux əməliyyat sistemləri üzrə biliklər.
- VMware, vCenter və Hyper-V virtuallaşdırma texnologiyaları ilə iş təcrübəsi.
- TCP/IP, DNS, DHCP və VPN kimi şəbəkə protokolları və texnologiyaları üzrə biliklər.
- Active Directory və Group Policy üzrə nəzəri və praktiki biliklər.
- Ehtiyat nüsxələmə və məlumatların bərpası sistemləri ilə iş təcrübəsi.
- Server və yaddaş (Storage) avadanlıqlarının idarə edilməsi və texniki xidməti üzrə təcrübə.
- Microsoft Exchange poçt serverinin inzibatçılığı üzrə biliklər.
- Son nöqtələrin təhlükəsizliyi (Endpoint Security), fəlakətdən bərpa infrastrukturu (Disaster Recovery Site - DR Site), funksional serverlər, proksi serverlər (Proxy), loqların aparılması və audit (Logging/Audit), eləcə də sorğuların idarə edilməsi sistemləri (Ticketing Systems) üzrə biliklər.
- Serverlərin monitorinqi, yenilənməsi, ehtiyat nüsxələnməsi və nasazlıqların aradan qaldırılması üzrə praktiki təcrübə.
- İnformasiya təhlükəsizliyi standartları və şəbəkə müdafiəsi texnologiyaları haqqında anlayış.
+ ' ' +
- İnkişaf imkanları
- Rəqabətli əmək haqqı və bonuslar
- Yüksək təminatlı sığorta
- Dəstəkləyici mühit
- Visa Premium əmək haqqı kartı
- Korporativ endirimlər
- Korporativ tədbirlər
- Əlavə məzuniyyət
- Güzəştli təhsil və işçi kredit
+ ' ' +
- Şirkətin serverlərinin, əməliyyat sistemlərinin və sistem proqram təminatının idarə edilməsi, monitorinqi və fasiləsiz fəaliyyətinin təmin olunması.
- Potensial problemlərin vaxtında aşkarlanması və qarşısının alınması məqsədilə sistemlərin mütəmadi yoxlanılması.
- Ehtiyat nüsxələmə (backup) sistemlərinin idarə edilməsi və məlumatların bərpası (recovery) prosesinin təmin edilməsi.
- Əməliyyat sistemləri və proqram təminatı üzrə yeniləmələrin və təhlükəsizlik yamaqlarının tətbiqi.
- Sistemlərin müasir texnologiyalara və təhlükəsizlik tələblərinə uyğun olaraq təkmilləşdirilməsi.
- Sistemlərdə edilən dəyişikliklər, yaranan problemlər və tətbiq olunan həllər üzrə texniki sənədləşdirmənin aparılması.
- Sistemlərin performansının izlənilməsi və müvafiq hesabatların hazırlanması.
- Mövcud serverlərə texniki dəstəyin göstərilməsi, nasazlıqların araşdırılması və aradan qaldırılması (troubleshooting).
- Microsoft Exchange poçt serverinin inzibatçılığının həyata keçirilməsi.
- NAS və SAN yaddaş sistemlərinin idarə edilməsi.
Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!