Yeni

Aparıcı Digital Marketinq Mütəxəssisi

  • Bakı, Azərbaycan
  • Bank işi
  • 13 oktyabr 2026
  • 9 baxış
  • Maaş Razılaşma ilə
  • Bitmə tarixi 13 noyabr 2026 31 gün qalıb

Vakansiya haqqında

Təsvir

“Rabitəbank” ASC Marketinq Departamentinə Aparıcı Digital Marketinq Mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.


Bankın rəqəmsal marketinq strategiyasının həyata keçirilməsi, digital reklam kampaniyalarının planlaşdırılması və optimallaşdırılması, rəqəmsal kanalların inkişaf etdirilməsi, veb-saytın idarə olunması və marketinq fəaliyyətinin effektivliyinin artırılması istiqamətində işlərin həyata keçirilməsi.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, analitik düşüncə qabiliyyətinə malik və işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.


  • Digital marketinq kampaniyalarının planlaşdırılması, icrası, monitorinqi və optimallaşdırılması;
  • Google Ads, Meta Ads və digər rəqəmsal reklam platformalarında kampaniyaların idarə olunması;
  • Rəqəmsal reklam büdcələrinin idarə edilməsi və effektiv xərclənməsinin təmin olunması;
  • Bankın rəsmi veb-saytının (rabitabank.com) idarə olunması, kontentin yenilənməsi və funksionallığın təkmilləşdirilməsi;
  • Veb-sayt üzrə istifadəçi təcrübəsinin (UX/UI), konversiya göstəricilərinin və müştəri müraciəti proseslərinin optimallaşdırılması;
  • Google Analytics 4, Google Tag Manager və digər analitika alətləri vasitəsilə rəqəmsal kanalların effektivliyinin ölçülməsi;
  • SEO strategiyasının həyata keçirilməsi, saytın axtarış sistemlərində görünürlüğünün artırılması;
  • Digital kampaniyalar üzrə əsas performans göstəricilərinin (CTR, CPC, CPA, CPL, ROAS və s.) təhlili və hesabatların hazırlanması;
  • Müştəri davranışlarının, rəqəmsal satış kanallarının və marketinq nəticələrinin təhlil edilməsi;
  • Bank məhsullarının rəqəmsal kanallar vasitəsilə tanıdılması və satışların artırılması istiqamətində təkliflərin hazırlanması;
  • Yeni digital həllərin, marketinq texnologiyalarının və avtomatlaşdırma imkanlarının araşdırılması və tətbiqi;
  • Veb-saytın inkişafı və texniki dəyişikliklərlə bağlı daxili IT komandası və xarici vendorlarla koordinasiyanın təmin edilməsi;
  • Rəqib bankların digital marketinq fəaliyyətinin və bazar trendlərinin mütəmadi təhlili;
  • Marketinq kampaniyalarının nəticələri üzrə analitik hesabatların və təkmilləşdirmə təkliflərinin hazırlanması.


Tələblər

  • Digital marketinq sahəsində minimum 2 il iş təcrübəsi;
  • Google Ads, Meta Ads Manager və digər rəqəmsal reklam platformaları ilə praktiki iş təcrübəsi;
  • Google Analytics 4, Google Tag Manager, Google Search Console və analitika alətləri üzrə biliklər;
  • Veb-saytların idarə olunması və CMS platformaları (WordPress və ya digər sistemlər) ilə iş təcrübəsi;
  • SEO, SEM, performance marketing və conversion rate optimization (CRO) üzrə biliklər;
  • Veb-saytın texniki strukturu, domen, hostinq və inteqrasiya prosesləri haqqında ümumi anlayış;
  • Rəqəmsal marketinq göstəricilərini təhlil etmək və nəticələr əsasında qərar vermək bacarığı;
  • Güclü analitik düşüncə, problem həll etmə və məlumatlara əsaslanan qərarvermə bacarığı;
  • Bank məhsulları (kreditlər, kartlar, əmanətlər və digər maliyyə xidmətləri) haqqında biliklər;
  • MS Excel və hesabatlılıq alətləri ilə işləmə bacarığı;
  • Texniki komandalar və vendorlarla effektiv kommunikasiya qurmaq bacarığı;
  • Layihələrin və tapşırıqların paralel idarə olunması, planlaşdırma və prioritetləşdirmə bacarığı;
  • Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət, ingilis dili üzrə işgüzar biliklər.


Üstünlüklər:

  • Bank və ya maliyyə sektorunda digital marketinq üzrə iş təcrübəsi;
  • Bank məhsullarının rəqəmsal satış və müştəri cəlbetmə kampaniyalarında iştirak təcrübəsi;
  • HTML, CSS və JavaScript üzrə baza bilikləri;
  • API inteqrasiyaları və veb-saytın texniki inkişaf layihələrində iştirak təcrübəsi;
  • Power BI, Looker Studio və digər data vizuallaşdırma alətləri ilə işləmə bacarığı;
  • A/B testlərin aparılması və landing page optimallaşdırılması üzrə təcrübə;
  • CRM, marketing automation və müştəri seqmentasiyası alətləri ilə iş təcrübəsi;
  • Agile və layihə idarəetmə metodologiyaları üzrə biliklər.

Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Gələcək Aparıcı Digital Marketinq Mütəxəssisi vakansiyasına indi müraciət et

İndi CV yaradaraq arzuladığınız vəzifə üzrə yaranacaq vakansiyaya ilk siz müraciət edin.

Müraciət et

Oxşar vakansiyalar

30

Premium et və elanını daha böyük kütləyə çatdır

Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin
aktivlik müddətinin sonunadək orada qalacaq.

Xidmətin müddətini seçin:
Ödəniş etməklə sayt istifadəçi razılaşmasını və sayt qaydalarını qəbul etmiş olursunuz.

Elanını irəli çək və elanını daha böyük kütləyə çatdır

Sizin elan seçilmiş paketə uyğun olaraq irəli çəkiləcək və ana səhifədə üst-də görünəcək

Xidmətin növünü seçin:
Ödəniş etməklə sayt istifadəçi razılaşmasını və sayt qaydalarını qəbul etmiş olursunuz.

İdarə heyyətinə şikayətinizi bildirin

Şikayət səbəbini seçin:

DİQQƏT!

Bu əməliyyatı yerinə yetirmək üçün namizəd profilinə keçid edin

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox

Ödəniş uğurludur!

Sizin ödənişiniz uğurla həyata keçirilmişdir.

Məhsul

Ödənişin nömrəsi

Ödəniş tarixi

Edən şəxs

Vasitəçi

Ümumi məbləğ