Təsvir
- Müştəri əməliyyatlarının (kart, internet bankçılıq, mobil bankçılıq, POS və ATM əməliyyatları) real vaxt rejimində monitorinqinin aparılması;
- Monitorinq sistemi vasitəsilə daxil olan xəbərdarlıqların təhlili və müvafiq tədbirlərin görülməsi;
- Kart və digər rəqəmsal kanallar üzrə baş verən dələduzluq insidentlərinin təhlili, trendlərin və qabaqcıl təcrübələrin izlənməsi, qabaqlayıcı tədbirlərin və qayda dəyişikliklərinin təşəbbüs edilməsi;
- Risk göstəricilərinin müəyyən edilməsi və təkrarlanan ssenarilərin qarşısının alınması məqsədilə təkliflərin hazırlanması;
- Rəqəmsal dələduzluq üzrə daxil olan müraciətlərin və şübhəli əməliyyatların təhlili, həmçinin müştərilərlə kommunikasiya;
- Nəticələrə əsasən plana uyğun tədbirlərin həyata keçirilməsi;
- Qrupun səlahiyyətində olan məsələlər üzrə daxili və xarici sorğuların idarə olunması.
Üstünlüklərimiz:
- Bank sektorunda karyera qurmaq və təcrübə qazanmaq imkanı;
- Rəqəmsal təhlükəsizlik və fırıldaqçılıqla mübarizə sahəsində praktiki biliklərin artırılması;
- Müasir texnologiyalar və analitik sistem-lərlə işləmək bacarığı;
- Təlimlərdə və peşəkar inkişaf proqramlarında iştirak imkanı;
- Komanda işi və strukturlaşdırılmış mühitdə çalışma təcrübəsi;
- Bankın daxili karyera yüksəlişi imkanlarından faydalanmaq şansı;
- Gərgin və dinamik mühitdə qərarvermə, problem həll etmə və operativlik bacarıqlarının təkmilləşdirilməsi;
- Korporativ etika və bank daxili proseslər üzrə biliklərin artırılması.
Tələblər
- Kompüter elmləri, statistika, iqtisadiyyat, informasiya sistemləri və ya informasiya təhlükəsizliyi üzrə bakalavr təhsili arzu olunandır;
- Bank əməliyyatları, ödəniş sistemləri və kart texnologiyaları sahəsində biliklər arzu olunandır;
- Kart əməliyyatları, mobil bankçılıq və digər ödəniş alətləri sahəsində bank və ya fintech təcrübəsi arzu olunandır;
- Azərbaycan dili sərbəst, İngilis dili texniki terminologiya səviyyəsində, Rus dili biliyi arzuolunandır;
- Ofis proqramları (MS Word, Excel, PowerPoint, Outlook və s.) və sorğu idarəetmə sistemləri (JIRA, OTRS və s.) ilə işləmə bacarığı;
- SQL (Oracle) üzrə biliklər – DQL və DML komandaları ilə işləmə bacarığı;
- Analitik düşünmə qabiliyyəti və detallara diqqətlilik;
- Məsuliyyətli, operativ və komanda ilə işləmə bacarığı;
- Yeni texnoloji alətləri öyrənməyə açıq olmaq.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!