Vakansiya haqqında
Meta Consulting MMC – Mühasib
İş yeri: Neftçilər metrosu yaxınlığı, Bakı
İş qrafiki: 09:00–18:00
Əməkhaqqı: 600–700 AZN
Vəzifə öhdəlikləri:
-Müəssisənin mühasibat uçotunun qüvvədə olan qanunvericiliyə uyğun təşkil edilməsi və aparılması;
-Bütün maliyyə-təsərrüfat əməliyyatlarının 1C proqramında düzgün və vaxtında qeydiyyata alınması;
-Vergi, DSMF və digər məcburi dövlət ödənişləri üzrə hesabatların hazırlanması və təqdim edilməsi;
-ƏDV, mənfəət və gəlir vergisi üzrə hesablamaların aparılması və nəzarətdə saxlanılması;
-Elektron qaimə-fakturaların, hesab-fakturaların və digər maliyyə sənədlərinin yoxlanılması;
-Bank hesabları, kassa əməliyyatları və pul vəsaitlərinin hərəkətinə nəzarət edilməsi;
-Debitor və kreditor borclarının təhlili, qarşılıqlı üzləşmə aktlarının hazırlanması;
-Əməkhaqqı, məzuniyyət və digər əmək ödənişlərinin hesablanması;
-Əsas vəsaitlərin və mal-material ehtiyatlarının uçotunun aparılması;
-Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması;
-Vergi orqanları və digər aidiyyəti qurumlarla mühasibatlıq məsələləri üzrə yazışmaların aparılması;
-Mühasibat sənədlərinin qanunvericiliyə uyğun saxlanılması və arxivləşdirilməsi.
Namizədə tələblər:
-Mühasibatlıq və ya maliyyə sahəsində ali və ya orta ixtisas təhsili;
-Müvafiq sahədə minimum 1–2 il iş təcrübəsi;
-1C və MS Excel proqramlarını sərbəst bilmək;
-Azərbaycan Respublikasının vergi və əmək qanunvericiliyi üzrə biliklər;
-Vergi və məcburi dövlət sosial sığorta hesabatlarının hazırlanması bacarığı;
-Analitik düşünmə, dəqiqlik və yüksək məsuliyyətlilik.
📩 Müraciət qaydası: CV-nizi madina.rustmva@gmail.com ünvanına göndərin və müraciətinizin mövzu hissəsində “Mühasib” qeyd edin.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!