Vakansiya haqqında
Meta Consulting MMC – Mühasib
İş yeri: Neftçilər metrosu yaxınlığı, Bakı
İş qrafiki: 09:00–18:00
Əməkhaqqı: 500–600 AZN
Vəzifə öhdəlikləri:
-Müəssisənin ilkin mühasibat sənədlərinin qəbulu, yoxlanılması və sistemləşdirilməsi;
-Gündəlik təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsi;
-Daxil olan və çıxan pul vəsaitlərinin uçotunun aparılması;
-Bank əməliyyatları və ödəniş tapşırıqlarının yoxlanılması və uçota alınması;
-Elektron qaimə-fakturaların hazırlanması, göndərilməsi və yoxlanılması;
-Alış və satış əməliyyatları üzrə sənədləşmənin aparılması;
-Debitor və kreditor borclarının uçotunun aparılması və üzləşmələrin həyata keçirilməsi;
-Mühasibat sənədlərinin düzgün şəkildə arxivləşdirilməsi;
-Aylıq mühasibat məlumatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
-Rəhbərlik tərəfindən verilən mühasibatlıqla bağlı tapşırıqların icrası.
Namizədə tələblər:
-Mühasibatlıq sahəsində təhsil;
-Müvafiq sahədə ilkin bilik və bacarıqlar;
-MS Excel və Word proqramlarını bilmək;
-1C proqramı üzrə biliklər arzuolunandır;
-Diqqətli, məsuliyyətli və operativ olmaq.
📩 Müraciət qaydası: CV-nizi metaedu.hr@gmail.com ünvanına göndərin və müraciətinizin mövzu hissəsində “Mühasib” qeyd edin.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!