Vakansiya haqqında
Birbankda Maliyyə nəzarəti və uçotu şöbəsinin mütəxəssisi vəifəsi üzrə analitik düşüncəyə malik, rəqəmlərlə işləməkdən zövq alan, detallara diqqət göstərən və bankın uçot sistemlərinin təkmilləşdirilməsində fəal rol oynaya biləcək namizədlər axtarışındayıq.
- İqtisadiyyat, maliyyə və ya əlaqəli sahələr üzrə ali təhsil
- Sahə üzrə ən az 1 il iş təcrübəsi
- Riyazi hesablama qabiliyyəti
- Dəqiqlik, detallara qarşı diqqətlilik
- Kritik düşüncə qabiliyyəti
- Güclü analitik və problem həll etmə qabiliyyətləri
- Təşəbbüskarlıq
- ACCA F3 olması arzuolunandır
- SQL biliklərinin olması arzuolunandır
- Ekosistem səviyyəsində öyrənmə imkanları
- Mentorluq və peşəkar inkişaf
- Milyonlarla müştəri üçün real təsir yaratmaq
- Dəstəkləyici və açıqfikirli mədəniyyət
- Texnologiya və biznesin kəsişməsində karyera imkanı
- Rəqabətli əməkhaqqı və bonuslar
- Yüksək təminatlı sığorta
- Visa Premium əməkhaqqı kartı
- Korporativ endirimlər
- Korporativ tədbirlər
- Əlavə məzuniyyət günləri
- Maliyyə uçotunun bankın siyasətinə və mühasibatlıq prinsiplərinə uyğunluğunu təmin etmək;
- Hesabların Azərbaycan Respublikasının bank sistemi üçün Hesablar Planına uyğun açılmasını təmin etmək;
- Əməliyyatların Bank Əməliyyat Sistemində düzgün əks etdirilməsinə nəzarət etmək;
- Uçot səhvlərini və ya uyğunsuzluqları müəyyənləşdirmək və lazimi düzəliş tədbirlərini təklif etmək;
- Bank Əməliyyat Sistemində(BƏS) əməliyyatların düzgün şəkildə əks olunmasını təmin etmək;
- Proseslərin uçot standartlara uyğun icra olunmasını yoxlamaq və uyğunsuzluqların aradan qaldırılmasını təmin etmək;
- BƏS-də məlumatların düzgün və tam şəkildə qeydə alınmasını nəzarətdə saxlamaq;
- Bankın bağladığı müqavilələr əsasında vendorlarla hesablaşmaları və üzləşmələri həyata keçirmək;
- Vendorlarla bağlanmış müqavilələrə uyğun olaraq ödənişlərin icrasını tələb etmək;
- Vendorlarla üzləşmələrin düzgün aparılmasını təmin etmək və uyğunsuzluqların həllinə nəzarət etmək;
- Uçot üzrə nəzarət mexanizmlərinin qurulmasını və mövcud nəzarət alətlərinin optimallaşdırılmasını (mövcud nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və effektivliyinin artırılması) təmin etmək;
- Nəzarət mexanizmlərinin-hesabatların avtomatlaşdırılması və rəqəmsallaşdırılması istiqamətində təkliflər vermək və tətbiq etmək.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!