Vakansiya haqqında
Tikinti sahəsində fəaliyyət göstərən, dinamik inkişaf edən şirkətimiz komandamıza Tikinti üzrə Mühasib axtarır. Əgər siz də peşəkar bir mühitdə çalışmaq və biliklərinizi inkişaf etdirmək istəyirsinizsə, sizi komandamıza qoşulmağa dəvət edirik.
🔹 Vəzifə öhdəlikləri:
· Tikinti layihələri üzrə gəlir və xərclərin uçotunun aparılması
· Forma 2, Forma 3 və digər tikinti sənədlərinin yoxlanılması və uçotu
· Material və anbar uçotuna nəzarət
· Podratçı və subpodratçılarla hesablaşmaların aparılması
· Akt, müqavilə və smeta sənədlərinin mühasibatlıq baxımından yoxlanılması
· Əmək haqqı hesablanması və işçi müqavilələrinin uçotu
· Vergi və DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
· Bank əməliyyatlarının icrası və nəzarəti
· Rəhbərliyə aylıq maliyyə hesabatlarının təqdim edilməsi
🔹 Tələblər:
- Maliyyə və ya mühasibatlıq üzrə ali təhsil
- Tikinti sahəsində minimum 2-3 il iş təcrübəsi
- 1C və ya digər mühasibatlıq proqramlarını yaxşı səviyyədə bilməli
- Excel proqramında sərbəst işləmək bacarığı
- Vergi qanunvericiliyini bilməli
- Forma 2 və Forma 3 sənədləri ilə işləmə təcrübəsi
- Analitik düşüncə və məsuliyyətlilik
🔹 Üstünlük veriləcək:
- Tikinti layihələri üzrə büdcə planlaması təcrübəsi
- Audit yoxlamaları ilə işləmə təcrübəsi
İş şəraiti
- İş yeri: Bakı şəhəri
- İş günləri: Həftənin 6 günü
- İş saatları: 10:00–19:00
- Əməkhaqqı: 2000
- Rəsmi əmək müqaviləsi
- Peşəkar və işgüzar əmək mühiti
Qeyd: Vakansiyaya uyğun olmayan cv-lərə geri dönüş olunmayacaq.
kovaagroup24@gmail.com və ya 0705411602 wp nömrəsinə mesajla cv göndərə bilərsiz.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!