Vakansiya haqqında
"KƏPƏZ BOKT" MMC əməliyyatçı-mühasib vəzifəsinə vakansiya elan edir.
Əsas vəzifə öhdəlikləri:
- Gündəlik mədaxil-məxaricin proqram təminatına işlənilməsi
- Nostro bank hesablarından müştərilərin ödənişlərinin proqram təminatına yığılması
- Mühasibat şöbəsi tərəfindən daxil edilən əməliyyatların sistemə işlənilməsi, müxabirləşmələrin üzləşdirilməsi
- Hər gün sənədlərlə çıxarışların üzləşdirilməsinin aparılması
- Müqavilələri hazırlamaq və əməliyyat proqramlarına məlumatları daxil etmək
- Kassaya mədaxil-məxaric olunan vəsaitlərin proqram təminatına yığılması, müxabirləşmələrin aparılması
Namizədə qoyulan tələblər:
- Ali təhsil
- Səlis Azərbaycan dili (rus dili üstünlükdür)
- MS Office (xüsusilə Excel və Word) proqramlarında işləmək bacarığı
- Ünsiyyətcil, məsuliyyətli, analitik düşüncə və riyazi hesablama aparmaq qabiliyyəti
- Müvafiq sahədə təcrübə arzu olunandır
- Komandanı idarəetmə bacarığı
- Stressə davamlılıq
İş şərtləri:
- Əmək haqqı: 600–700 AZN
- 5 günlük iş qrafiki, 09:00–18:00
- Tam ştat
- Rüblük əsaslarla əməyin əlavə qiymətləndirilməsi
Maraqlanan namizədlər CV-ni info@kepez-bokt.az ünvanına göndərə bilərlər.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!