Vakansiya haqqında
🚛 VAKANSİYA: MÜHASİB
Beynəlxalq yükdaşıma sahəsində fəaliyyət göstərən komandamıza təcrübəli Mühasib axtarır.
📌 Vəzifə öhdəlikləri:
- Gündəlik cari mühasibat işlərinin aparılması
- Müqavilə, akt, qiymət razılaşma protokolu və əlavələrin hazırlanması
- Elektron qaimə-fakturaların tərtibi və nəzarəti
- Yerli və xarici ödənişlərin icrası
- Gündəlik əməliyyatların uçotda qeydiyyatı
- Şirkətlərarası üzləşmələrin aparılması
- Debitor və kreditorlarla üzləşmə
✅ Namizədə tələblər:
- Mühasibatlıq sahəsində ən azı 2-3 il iş təcrübəsi (logistika sahəsində təcrübə üstünlükdür)
- Azərbaycan vergi qanunvericiliyini bilməsi (üstünlükdür)
- MS Excel-I və MS Word-u yaxşı bilməsi
- Xarici valyutada ödənişlər və bank əməliyyatları üzrə təcrübə
- Məsuliyyətli, diqqətli və dəqiq olması
💼 İş şəraiti:
- Əmək haqqı: 800 AZN (müsahibənin nəticəsinə görə)
- İş qrafiki: həftə içi 09:00–18:00
- Ünvan: Ceyhun Hacibeyli küç, Bakı Sağlamlıq Klinikasının yanı
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!