Yeni

Senior Post Tender Specialist

23 noyabr 2026 11 baxış

Vakansiya haqqında

Təsvir

VƏZIFƏ HAQQINDA ÜMUMI MƏLUMAT


PAŞA Real Estate Group, Kommersiya və Satınalma Departamentinə qoşulmaq üçün təşkilati bacarıqlara malik, detallara yüksək diqqət yetirən Tender Sonrası üzrə Baş Mütəxəssis axtarır. Bu vəzifə tikinti, təmir və bərpa layihələri çərçivəsində podrat müqavilələrinin icra mərhələsinin idarə edilməsini, müqavilə öhdəliklərinə riayət olunmasını, ödənişlərin dəqiq icrasını və bütün layihə tərəfdaşları arasında səmərəli koordinasiyanı təmin edir.


ƏSAS VƏZIFƏ VƏ MƏSULIYYƏTLƏR


1. Müqavilənin İdarə Edilməsi

▪ Layihə tələbləri və şirkət qaydalarına uyğun olaraq müqavilələrin hazırlanması, nəzərdən keçirilməsi və idarə edilməsi.

▪ Müqavilə şərtlərinin podratçılarla müzakirəsi və dəqiqləşdirilməsi.

▪ Layihənin bütün mərhələlərində müqaviləyə edilən əlavə və dəyişikliklərin idarə edilməsi.

▪ Podratçıların müqavilədə nəzərdə tutulmuş bütün müddəa və öhdəliklərə riayət etməsinin təmin edilməsi.

▪ Podrat müqavilələri üzrə tam sənədlərin və məlumatların saxlanması və yenilənməsi.

2. Ödəniş Sənədləri

▪ Aralıq ödəniş (interim payment certificate) sənədlərinin hazırlanması və tikinti komandası ilə razılaşdırılması.

▪ Podratçıların aylıq təqdim etdiyi işlərin yerinə yetirilməsi aktlarının (sertifikatlarının) hazırlanması.

▪ Təsdiqlənmiş aralıq ödəniş sənədlərinin daxili ERP sistemdə vaxtında və dəqiq şəkildə qeydiyyata alınması.

▪ İmzalanmış aralıq ödəniş sertifikatlarının podratçılardan alınması və müvafiq şəkildə sənədləşdirilməsinin təmin edilməsi.

▪ Təsdiqlənmiş və aylıq ödənilmiş sertifikatlar üzrə reyestrin aparılması.

▪ Aylıq və həftəlik ödəniş hesabatlarının hazırlanması və rəhbərliyə göndərilməsi.

▪ Podratçılardan alınan fakturaların nəzərdən keçirilməsi, dəqiqliyinin və uyğunluğunun yoxlanılması.

▪ Maliyyə komandası ilə aylıq pul axınının (cash flow) koordinasiyası.

▪ Podratçılara hesabat və faktura təqdim etmək üçün son tarixlər barədə məlumat verilməsi.

3. Sənəd İdarəetməsi və Yazışmalar

▪ Müqaviləyə aid bütün sənədlərin qovluqda strukturlu saxlanılması.

▪ Podratçılara rəsmi məktubların hazırlanması, göndərilməsi və məktub reyestrinin aktual vəziyyətdə saxlanılması.

▪ Müqavilə danışıqlarında İclas Protokolunun (MoM) vaxtında hazırlanması və göndərilməsi.

4. İclaslar və Koordinasiya

▪ Tələb olunduqda podrat müqaviləsinə dair texniki və kommersiya iclaslarında iştirak etmək.

▪ Tikinti, texniki, maliyyə və satınalma komandaları ilə effektiv koordinasiya.

▪ Müqavilə danışıqlarında sifarişci ilə podratçılar arasında əsas əlaqələndirici şəxs (liaison) qismində çıxış edilməsi.

Tələblər

Təhsil və Təcrübə

▪ İnşaat mühəndisliyi, tikinti menecmenti, smeta işi (Quantity Surveying), iqtisadiyyat, biznesin idarə edilməsi və ya əlaqəli sahədə bakalavr dərəcəsi.

▪ Müqavilələrin idarə edilməsi, satınalma və ya kommersiya menecmenti sahəsində minimum 5 il müvafiq iş təcrübəsi.

▪ Tikinti sənayesində iş təcrübəsinin olması arzuolunandır (üstünlük verilir).

▪ Tikinti və ya mühəndislik istiqamətli təhsil əlavə bir üstünlükdür.

Texniki və Analitik Bacarıqlar

▪ Microsoft Office proqramlarından, xüsusilə Excel funksiyalarından (düsturlar, pivot cədvəllər, məlumat analizi) yüksək səviyyədə istifadə bacarığı..

▪ Ödənişlərin qeydiyyatı və müqavilənin izlənilməsi üçün ERP sistemləri ilə işləmə bacarığı.

▪ Güclü analitik və rəqəmlərlə işləmə qabiliyyəti.

▪ Müqavilə və maliyyə sənədlərini hazırlamaq, oxumaq və şərh etmək bacarığı.

Dil Bilikləri

▪ Azərbaycan dili: Ana dil səviyyəsində (yazılı və şifahi).

▪ İngilis dili: Peşəkar iş səviyyəsindəki bilik tələb olunur (yazılı və şifahi).

Şəxsi Keyfiyyətlər

▪ Detallara müstəsna diqqət, dəqiqliyə və keyfiyyətə sadiqlik.

▪ Yüksək özünümotivasiyaya malik, güclü təşkilatçılıq qabiliyyəti və eyni zamanda bir neçə tapşırığı idarə etmə bacarığı.

▪ Tapşırıqların vaxtında icrasına və problemlərin proaktiv şəkildə həll edilməsi.

▪ Əla yazılı və şifahi ünsiyyət bacarıqları.

▪ Podratçılar və daxili tərəfdaşlarla məhsuldar və peşəkar qaydada əlaqələr qurmaq.

Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

CV-niz bu elana uyğundurmu?

AI CV-nizi bu elanın tələbləri ilə müqayisə edir və nəyi gücləndirməli olduğunuzu göstərir.

Daxil olun və yoxlayın

Yoxlama pulsuzdur, yalnız qeydiyyat tələb olunur.

Müraciət et

CV-nizi bir kliklə göndərin.

Müraciət et

Müsahibəyə hazırlaşın

Bu vəzifə üçün ehtimal olunan müsahibə sualları və CV-nizə əsaslanan cavab nümunələri.

Pulsuzdur, yalnız qeydiyyat tələb olunur.

PASHA Real Estate — Senior Post Tender Specialist vakansiyası haqqında suallar

Maaş nə qədərdir?

PASHA Real Estate-in Senior Post Tender Specialist vakansiyasında maaş namizədlə razılaşma əsasında müəyyən olunur.

İş harada yerləşir, uzaqdan işləmək mümkündürmü?

PASHA Real Estate-in Senior Post Tender Specialist vakansiyası üzrə iş Bakıda, Azərbaycanda yerləşir.

Son müraciət tarixi nədir?

PASHA Real Estate-in Senior Post Tender Specialist vakansiyasına son müraciət tarixi 23 dekabr 2026-dır.

Necə müraciət etmək olar?

PASHA Real Estate-in Senior Post Tender Specialist vakansiyasına müraciət elan səhifəsindəki "Müraciət et" düyməsi vasitəsilə şirkətin müraciət səhifəsində edilir.

Neçə il iş təcrübəsi tələb olunur?

PASHA Real Estate-in Senior Post Tender Specialist vakansiyasında müqavilələrin idarə edilməsi, satınalma və ya kommersiya menecmenti sahəsində minimum 5 il müvafiq iş təcrübəsi tələb olunur. Tikinti sənayesində təcrübə arzuolunandır.

Namizəddən hansı bacarıqlar tələb olunur?

PASHA Real Estate-in Senior Post Tender Specialist vakansiyasında namizəddən Microsoft Office və xüsusilə Excel biliyi, ERP sistemləri ilə işləmə, analitik və rəqəmlərlə işləmə bacarığı, müqavilə və maliyyə sənədlərini hazırlamaq və şərh etmək bacarığı tələb olunur. Həmçinin ana dili səviyyəsində Azərbaycan dili və peşəkar səviyyədə İngilis dili bilikləri lazımdır.

Təhsil tələbi varmı?

PASHA Real Estate-in Senior Post Tender Specialist vakansiyasında inşaat mühəndisliyi, tikinti menecmenti, smeta işi, iqtisadiyyat, biznesin idarə edilməsi və ya əlaqəli sahədə bakalavr dərəcəsi tələb olunur. Tikinti və ya mühəndislik istiqamətli təhsil əlavə üstünlükdür.

Təcrübəsiz müraciət etmək olarmı?

Xeyr, PASHA Real Estate-in Senior Post Tender Specialist vakansiyasında ən azı 5 il müvafiq iş təcrübəsi tələb olunur.

Gələcək Senior Post Tender Specialist vakansiyasına indi müraciət et

İndi CV yaradaraq arzuladığınız vəzifə üzrə yaranacaq vakansiyaya ilk siz müraciət edin.

Müraciət et

Oxşar vakansiyalar

14

Premium et və elanını daha böyük kütləyə çatdır

Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin
aktivlik müddətinin sonunadək orada qalacaq.

Xidmətin müddətini seçin:
Ödəniş etməklə sayt istifadəçi razılaşmasını və sayt qaydalarını qəbul etmiş olursunuz.

Elanını irəli çək və elanını daha böyük kütləyə çatdır

Sizin elan seçilmiş paketə uyğun olaraq irəli çəkiləcək və ana səhifədə üst-də görünəcək

Xidmətin növünü seçin:
Ödəniş etməklə sayt istifadəçi razılaşmasını və sayt qaydalarını qəbul etmiş olursunuz.

İdarə heyyətinə şikayətinizi bildirin

Şikayət səbəbini seçin:

DİQQƏT!

Bu əməliyyatı yerinə yetirmək üçün namizəd profilinə keçid edin

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox

Ödəniş uğurludur!

Sizin ödənişiniz uğurla həyata keçirilmişdir.

Məhsul

Ödənişin nömrəsi

Ödəniş tarixi

Edən şəxs

Vasitəçi

Ümumi məbləğ