Biz biznes kreditləri və lizinq müraciətlərinin təhlili və qərar verilməsi ilə məşğul olacaq, bankımızın kredit portfelinin keyfiyyətinin tənzimlənməsində bizimlə birlikdə iştirak edəcək, güclü analitik qabiliyyətə və komanda ilə işləmək bacarığına malik əməkdaş axtarırıq. Müraciətlərin obyektiv dəyərləndirilməsi, risklərin analizi və düzgün qərarların qəbul edilməsi prosesi zamanı işinizdən zövq alacağınızı düşünürük.
- Mikro kreditlərin verilməsi sahəsində minimum 4 il iş təcrübəsinə;
- Mikro, KOS kreditlərin və lizinqlərin (arzuolunan) verilməsi sahəsində birbaşa əlaqəli biliklərə, təcrübəyə və bacarıqlara;
- Bank fəaliyyətinin həyata keçirilməsinə dair ölkənin və Bankın normativ-hüquqi bazası ilə (müvafiq qanunlar, qaydalar, prosedurlar, metodoloji göstərişlər və s.) bağlı məlumatlara;
- Lazımi tapşırıqları dəqiq və vaxtında departament rəhbərinə və digər səlahiyyətli şəxslərə çatdırmaq bacarığına;
- Müştərilərlə düzgün ünsiyyət qurmaq və tələb olunan məlumatları toplamaq qabiliyyətinə;
- Analitik düşüncə qabiliyyətinə;
- İqtisadi və maliyyə biliklərinə, maliyyə hesabatlarını oxuma, yazma və təhlil etmə bacarığına;
- Bankın fəaliyyətində istifadə olunan informasiya texnologiyaları və proqram təminatları (Microsoft Office Excel/Word və s.) üzrə biliklərə sahib olmaq.
Bizimlə işləməyin üstünlükləri:
- Biz müştərilərimizə dəyər veririk və onların ehtiyaclarına, vərdişlərinə və gözləntilərinə diqqət yetiririk.
- Multikultural mühit: biz xarici həmkarlarımızın fikirlərini və təcrübələrini qiymətləndiririk. Biz açıqlığa, inklüzivliyə və müxtəlif baxış bucağının mövcudluğuna dəyər veririk.
- Rəqabətli əmək haqqı: Rəqabətli əmək haqqı, tibbi sığorta və illik performans mükafatı.
- Artım imkanları: Biz işçilərimizin peşəkar inkişafına sərmayə qoyuruq və aydın karyera yolları, şəxsi inkişaf planları və geniş çeşiddə onlayn kurslar və təlim proqramları təklif edirik.
- Çevik iş formatı: məsafədən və ofis işinin kombinasiyası.
- Rahat və gözəl ofis: xoş və maraqlı ofisimiz var.
- Qeyri-rəsmi geyim: rahat geyinin və fərdi üslubunuzu ifadə edin.
- Mikro Biznes Departamenti və Kiçik və Orta Sahibkarlarla İş departamenti tərəfindən daxil olmuş müştəri müraciətlərini təhlil edir, tələb olunan sənədləri qəbul edir və düzgünlüyünü yoxlayır. Zərurət yarandıqda yerində baxış keçirir, səlahiyyəti daxilində qərar qəbul edir və ya rəy verir;
- Kreditləşmənin bankın kredit siyasətinə və daxili qaydalara uyğunluğunu yoxlayır, daxil olan sorğular üzrə müştərilərin reytinqini və seqmentini qiymətləndirir, risk göstəricilərini təhlil edir;
- Zəruri hallarda müraciətləri SQO-ya təqdim edir, müzakirələrdə iştirak edir və qərarvermə prosesində aktiv rol oynayır.
- Şöbənin fəaliyyətinin optimallaşdırılması üçün təkliflər verir, tələb olunan hesabatları hazırlayır və İnsiatoru olduğu modellərə görə cavabdehlik daşıyır;
- Cəlb olunmuş təcrübəçilərə və əməkdaşlara dəstək göstərir, onlarla birgə fəaliyyət aparır;
- Əmək müqaviləsi, bankın struktur əsasnaməsi və rəhbərlik tərəfindən verilən müvafiq göstərişlər əsasında fəaliyyət göstərir, verilən tapşırıqları qanun çərçivəsində icra edir;
- Əmək müqaviləsi, struktur bölmənin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili hüquqi aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir;
- Cəlb edilmiş təcrübəçilərə və əməkdaşlara işlərində dəstək göstərir və onlarla birgə fəaliyyət göstərir.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!