Vakansiya haqqında
|
Görəcəyiniz işlər: • Bankın əməliyyat sahəsi üzrə proseslərin səmərəliyinin artırılması istiqamətində rəhbərlik etmək; • Bankın əməliyyat istiqamətində strateji hədəflərinə çatması üçün təkliflər vermək və onların icrasında iştirak etmək; • Filial və digər struktur bölmələrinin əməkdaşlarının əlaqəli ehtiyaclarını öyrənmək, müşahidə etmək, araşdırmaq, təhlil etmək; • Kredit əməliyyatları üzrə klirinq və digər sorğuların sürətli həlli üçün təkmilləşdirmə tədbirlərini hazırlamaq; • Daxil olan sorğuların sürətli həlli üçün təkmilləşdirmə tədbirlərini hazırlamaq; • Kredit, depozit, kart, nağdsız köçürmələr, ödənişlər və digər xidmətlər üzrə tələbləri və əngəlləri aşkarlamaq üçün bir neçə komanda ilə əməkdaşlıq etmək; • Arxiv işini mütəmadi qaydada inkişaf etdirmək və bu sahədə müxtəlif araşdırmalar aparmaq; • Qanunvericilik tələblərindən irəli gələn tapşırıqların qiymətləndirilməsini, həmçinin bankın əməliyyat infrastrukturuna inteqrasiyasını vaxtlı-vaxtında təmin etmək; • Mövcud və yaradılacaq yeni məhsul, xidmətlər üzrə mərkəzləşdirilmiş dəstək yanaşmalarını inkişaf etdirmək; • Filiallarda gözləmə və xidmət vaxtının azaldılması və Əməliyyat strukturlarında səmərəliyinin artırılması üçün təyin edilən tapşırıqları idarə etmək və onların icrasını təmin etmək; • Tələblər və yekun materialları proqramçılarla müzakirə etmək və tələbləri açıq şəkildə komandaya izah etmək; • Tələblərlə bağlı yerinə yetirilməmiş işlərin siyahısını tərtib etmək, yeniləmək və prioritetləşdirmək; • Hər bir tapşırıq ilə bağlı qəbul meyarlarını müəyyən etmək; • Tətbiq olunmuş yeniliklərlə bağlı gedişatı izləmək və qiymətləndirməkdir. |
|
Bizim üçün uyğun namizəd:
• Ali təhsilə; • Bank işi və ya digər əlaqəli layihə işi üzrə minimum 2 il təcrübə və biliklərə; • Əməliyyat sahəsi və kredit əməliyyatları üzrə tələblərin toplanması, məlumatların təhlili və qiymətləndirilməsi təcrübəsinə; • Bankda istifadə olunan proqram təminatları sahəsində təcrübəyə; • Mühasibatlıq modeli üzrə biliklərə; • “Agile” metodologiyaları üzrə təcrübəyə (arzuolunandır); • Danışıqlar aparmaq və liderlik üzrə güclü bacarıqlara; • Komandada və fərdi şəkildə işləmək bacarığına; • Strateji və taktiki düşüncə qabiliyyətinə; • İşə yüksək enerji və həvəslə yanaşmaq, ətrafındakı insanlara təsir göstərmək qabiliyyətinə; • Komandada səmimiyyət formalaşdıraraq rahat və effektiv iş mühiti yaratmaq qabiliyyətinə sahib olan şəxsdir.
|
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!