Biznes Kreditlərinin Monitorinqi Şöbəsinin Müdiri

Biznes Kreditlərinin Monitorinqi Şöbəsinin Müdiri

Kapital Bank
  • Şəhər

    Bakı, Baş ofis,

  • Kateqoriya

    Bank işi

  • Maaş

    Razılaşma ilə

  • Yerləşmə tarixi

    19 noyabr 2025

  • Bitmə tarixi

    06 dekabr 2025

Birbankda Nəzarət Departamentinin Biznes kreditlərinin monitorinqi şöbəsinə korporativ və SME kredit portfelinin monitorinqinə rəhbərlik edəcək, riskləri vaxtında aşkarlayacaq, qaydalara uyğunluğa ciddi nəzarət edəcək və komandanı effektiv idarə edəcək təcrübəli şöbə müdiri axtarırıq.

+ ' ' +

Ali iqtisadi təhsil;

 

Bankda nəzarət sahəsində ən azı 5 illik təcrübə;

SME və korporativ kreditlər və sənədli əməliyyatlar üzrə erkən xəbərdarlıq alətləri və modelləri ilə işləmə (modellərin qurulması və idarə edilməsi) bacarığı;

MS Office proqramlarını (xüsusi ilə MS Excel və SQL) biliyi və işində istifadəni təmin etmək bacarığı;

 

Vahid komanda tərkibində işləmək və birgə nəticələrin əldə edilməsinə töhfə vermək bacarıqları;

Beynəlxalq praktikada qəbul edilən digər bilik və keyfiyyətlərə malik olması;

 

Liderlik qabiliyyəti;

Güclü analitik düşüncə;

Kommunikasiya bacarıqları;

Azərbaycan dili (əla), ingilis dili (yüksək), rus dili (orta) bilikləri.

+ ' ' +

İnkişaf imkanları


Rəqabətli əmək haqqı və bonuslar


Yüksək təminatlı sığorta


Dəstəkləyici mühit


Visa Premium əmək haqqı kartı


Korporativ endirimlər


Korporativ tədbirlər


Əlavə məzuniyyət


Güzəştli təhsil və işçi krediti


+ ' ' +

Korporativ və SME kreditlərin planlı və növbədənkənar monitorinqlərinin həyata keçirilməsini təmin etmək;

Korporativ və SME kredit portfelinin analizi və risklərin ölçülməsinə nəzarət etmək;

Kreditləşmənin Bankın müvafiq qayda və prosedurlarına uyğun həyata keçirilməsinə nəzarət etmək;

Kredit üzrə ödənişləri təhlükə altına ala biləcək mümkün riskləri öncədən müəyyən etmək məqsədi ilə borcalanların ödəmə qabiliyyətini təhlil etmək;

Borcalanlar tərəfindən kreditlərin təyinatına uyğun olaraq istifadə etməsinə nəzarət etmək;

Monitorinq zamanı aşkar edilmiş nöqsan və pozuntuların aradan qaldırılması üzrə tövsiyələr vermək və onların yerinə yetirilməsinə nəzarət etmək;

Şöbənin işinə rəhbərlik etmək və əməkdaşlar arasında iş bölgüsünü aparmaq;

Şöbənin işini qüvvədə olan qanunvericilik, aidiyyəti reqlament sənədləri çərçivəsində təşkil etmək və nəzarət etmək.

Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox