Partnyorlar ilə iş şöbəsinin mütəxəssisi (baş / aparıcı mütəxəssis)

Partnyorlar ilə iş şöbəsinin mütəxəssisi (baş / aparıcı mütəxəssis)

Ateshgah Sigorta
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Digər

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    26 iyul 2022

  • Bitmə tarixi

    25 avqust 2022

  • E-mail E-poçt göstər

Diqqət!

Bu elanın vaxtı bitib. vakansiyaları üçün bura keçid edin!

  • Potensial müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlərin keçirilməsində iştirak etmək 
  • Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq 
  • Mövcud partnyorlarla birbaşa əlaqələr yaratmaq və onların satışlarına nəzarət etmək; 
  • Müştərinin ilk müraciət anından onunla işləmək: təqdimat materialları, müşayiət məktubları və izahedici qeydləri işləyib hazırlamaq və göndərmək, ərizə formasında təqdim olunan məlumatı təhlil etmək,qiymət üzrə təkliflər hazırlamaq və müraciət edən müştəriyə təqdim etmək,müştəriyə sığorta şərtləri haqqında ətraflı məlumatların əldə edilməsində köməklik göstərmək 
  • Şirkətin maraqları çərçivəsində müştərilərlə danışıqlar aparmaq və müştəriləri Şirkətlə əməkdaşlıq etməyə dəvət etmək 

Namizədə tələblər:

  • Yaş: 22-35 
  • Cinsi: kişi 
  • Təhsil: Ali 
  • İş təcrübəsi: Satış təcrübəsi arzuolunandır 
  • Dil bilikləri: Azərbaycan dili (əla) , Rus dili (əla),İngilis dili( arzuolunandır)  
  • Kompüter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi 
  • Şəxsi keyfiyyətlər:

  • Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı 
  • Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı 
  • Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı 
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi 
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı 
  • İş şərtləri:
  • Əmək müqaviləsi bağlanılır 
  • İş vaxtı 09:00 - 17:30 
  • İş günü 5/2  (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)  
  • Əmək haqqı: müsahibə əsnasında təyin olunur
  • Şirkət tərəfindən görüşlər üçün sürücü və avtomobil təqdim olunur 

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Müraciət üçün e-poçt daxil et

Elan #845914

  • 1019

Kateqoriya Digər

İş rejimi Tam-ştat

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox