Vakansiya haqqında
Vakansiya: Daxili nəzarət üzrə mütəxəssis
Vəzifə öhdəlikləri
* Mağaza və anbarlarda iş proseslərinə nəzarət etmək.
* Müşahidə kameraları vasitəsilə əməkdaşların fəaliyyətini və iş qaydalarına əməl olunmasını yoxlamaq.
* Kassa əməliyyatlarına, qiymət etiketlərinə və kampaniya qiymətlərinə nəzarət etmək.
* Əməkdaşların işə davamiyyətini, gecikmələrini, fasilə və məzuniyyət qaydalarına əməl etməsini yoxlamaq.
* Aşkar olunan nöqsanları qeyd etmək, aidiyyəti şəxslərdən izahat almaq və rəhbərliyə məlumat vermək.
* Gündəlik yoxlamaların nəticələrinə əsasən hesabat və qeydlər hazırlamaq.
* Şirkətdaxili qayda və prosedurların düzgün tətbiqinə nəzarət etmək.
* Aşkar olunan problemlərin aradan qaldırılmasını təmin etmək.
Namizədə tələblər
* Ali və ya orta ixtisas təhsili.
* Daxili nəzarət, monitorinq və ya pərakəndə satış sahəsində iş təcrübəsi arzuolunandır.
* MS Office proqramlarında, xüsusilə Excel və Word-də işləmək bacarığı.
* Diqqətli, məsuliyyətli və dəqiq olmaq.
* Məlumatları təhlil etmək və uyğunsuzluqları müəyyənləşdirmək bacarığı.
* Yazılı hesabat və rəsmi məktublar hazırlamaq bacarığı.
* Ünsiyyət qurmaq, kollektivlə işləmək və operativ qərar vermək bacarığı.
* Məxfi məlumatları qorumaq və etik davranış qaydalarına riayət etmək.
* Gərgin iş şəraitində işləmək və verilən tapşırıqları vaxtında yerinə yetirmək bacarığı.
İş şəraiti
* İş qrafiki: razılaşma əsasında.
* Əməkhaqqı: müsahibə əsasında.
* İş yeri: baş ofis, mağazalar.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!