Beynəlxalq Hesabatlılıq və MIS Departamentinin Meneceri

Beynəlxalq Hesabatlılıq və MIS Departamentinin Meneceri

Kapital Bank
  • Şəhər

    Bakı, PBT2 (Port Baku Tower 2),

  • Kateqoriya

    Digər

  • Maaş

    Razılaşma ilə

  • Yerləşmə tarixi

    22 sentyabr 2026

  • Bitmə tarixi

    22 noyabr 2026

Bir ekosistem strateji maliyyə hesabatlılığı, IFRS yanaşmaları, maliyyə modelləşdirilməsi və analitik hesabatlılıq sahələrində təcrübəyə malik Beynəlxalq Hesabatlılıq və MIS Departamentinin Meneceri axtarır. Rol biznes planlaşdırılması, maliyyə təhlili, strateji maliyyə modellərinin hazırlanması və rəhbərlik üçün qərarverməni dəstəkləyən hesabat və analitik materialların hazırlanmasını əhatə edir.

+ ' ' +

· Maliyyə təhlili, bankçılıq və ya əlaqəli sahələrdə ən azı 5 il iş təcrübəsi, o cümlədən idarəetmə və komanda rəhbərliyi üzrə təcrübə;

·      Maliyyə, İqtisadiyyat, Biznes İdarəçiliyi və ya oxşar sahə üzrə bakalavr dərəcəsi (Magistr dərəcəsi üstünlükdür);

·      IFRS standartları üzrə yaxşı səviyyədə bilik;

·      Maliyyə təhlili, investisiya qiymətləndirilməsi və biznes planlaşdırma bacarıqları;

·      Maliyyə modelləşdirməsi və qiymətləndirmə (valuation) sahəsində güclü nəzəri və praktiki biliklər;

·      Azərbaycan, rus və ingilis dillərində sərbəst danışıq bacarığı;

·      Excel və maliyyə modelləşdirmə alətləri üzrə yüksək səviyyədə bacarıq (PowerPoint və digər təqdimat alətləri ilə işləmə qabiliyyəti üstünlükdür);

·      Ssenari, həssaslıq (sensitivity) və risk analizlərinin aparılması bacarığı;

·      Maliyyə nəticələrini şərh etmək və əsaslandırılmış nəticələr çıxarmaq qabiliyyəti;

·      SQL və analitik platformalarla (məsələn, DataIKU) işləmə təcrübəsi;

·      Cari bank qaydaları, normativ dəyişikliklər və sahəyə dair təkliflərlə bağlı məlumatlılıq;

·      Böyük həcmli məlumatlarla işləmə və detallara diqqət, güclü analitik düşüncə və kompleks məlumatları strukturlaşdırmaq bacarığı;

·      Bazar trendləri və iqtisadi prinsiplər haqqında güclü anlayış;

·      Yüksək analitik düşüncə, ünsiyyət və interpersonal bacarıqlar;

·      Güclü problem həll etmə və tənqidi düşünmə, kompleks məlumatları strukturlaşdırmaq bacarığı;

·      Məsuliyyətlilik və nəticəyönümlülük;

·      Vaxtın effektiv idarə olunması və prioritetləşdirmə bacarığı;

·      Dinamik və sürətli iş mühitində işləmə bacarığı.

+ ' ' +
  • İnkişaf imkanları
  • Rəqabətli əmək haqqı və bonuslar
  • Yüksək təminatlı sığorta
  • Dəstəkləyici mühit
  • Visa Premium əmək haqqı kartı
  • Korporativ endirimlər
  • Korporativ tədbirlər
  • Əlavə məzuniyyət
  • Güzəştli təhsil və işçi krediti


+ ' ' +

·      Strateji və investisiya layihələri çərçivəsində maliyyə modellərinin hazırlanmasında iştirak etmək, modellərin metodoloji yanaşmalara uyğunluğunu və texniki baxımdan təkmilləşdirilməsini təmin etmək;

·      İnvestisiya və kapital qoyuluşu layihələri üzrə maliyyə modellərinin hazırlanmasını həyata keçirmək, maliyyə göstəricilərini hesablamaq və qiymətləndirmə metodlarından istifadə etməklə müvafiq maliyyə hesablamalarını aparmaq;

·      Dəyərsizləşmə testləri və MHBS-nın tətbiqi ilə əlaqədar maliyyə modellərinin və qiymətləndirmə hesablamalarının hazırlanmasında iştirak etmək, müvafiq metodoloji yanaşmaları tətbiq etmək;

·      MHBS-yə uyğun maliyyə hesabatlarının hazırlanması prosesində maliyyə modelləşdirməsi və qiymətləndirmə ilə bağlı zəruri hesablamaların hazırlanmasına dəstək göstərmək;

·      Törəmə şirkətlərdən daxil olan məlumatlar əsasında strateji maliyyə və büdcə modellərinin hazırlanmasını, müəyyən edilmiş metodologiyaya uyğunlaşdırılmasını və konsolidasiya məqsədləri üçün texniki inteqrasiyasını təmin etmək;

·      Maliyyə modellərinin dövri əsasda yenilənməsini, strukturunun təkmilləşdirilməsini və texniki optimallaşdırılmasını həyata keçirmək, habelə modellərin avtomatlaşdırılması imkanlarını müəyyən etmək və müvafiq texniki həllərin tətbiqində iştirak etmək;

·      Maliyyə modellərində istifadə olunan əsas fərziyyələr, dəyişənlər və ssenarilər üzrə həssaslıq və ssenari analizlərini aparmaq, nəticələri sənədləşdirmək və aidiyyəti rəhbər şəxslərə təqdim etmək;

·      Strateji layihələr üzrə biznes planların, büdcələrin və uzunmüddətli maliyyə proqnozlarının hazırlanması zamanı maliyyə modelləşdirməsi üzrə texniki dəstək göstərmək;

·      Hazırlanmış maliyyə modelləri və hesablamalar əsasında rəhbərlik, bank komitələri və müvafiq müzakirə platformaları üçün analitik təqdimat və məlumat materiallarının hazırlanmasında iştirak etmək;

·      Maliyyə modellərində və hesablamalarda istifadə olunan məlumatların, əsas fərziyyələrin, məlumat mənbələrinin və hesablama metodlarının sənədləşdirilməsini, tamlığının və riyazi düzgünlüyünün ilkin texniki yoxlanılmasını təmin etmək;

·      Müəyyən edilmiş metodologiyalar əsasında maliyyə göstəricilərinin hesablanması və modelləşdirilməsi üzrə dövri və ad-hoc analitik materiallar hazırlamaq;

·      Yeni biznes istiqamətlərinin biznes modelinin hazırlanması və həmin istiqamətlərin operativ performansının qiymətləndirilməsi funksiyalarını həyata keçirməmək;

·      Əmək müqaviləsi, struktur bölmənin Əsasnaməsi, bankdaxili normativ sənədlər və digər hüquqi aktlardan irəli gələn, vəzifənin əsas funksiyaları ilə əlaqəli digər işləri icra etmək.

Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.

Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox