İstehsalat üzrə Maliyyə Nəzarətçisi

İstehsalat üzrə Maliyyə Nəzarətçisi

AzProtein Foods Group MMC
  • Şəhər

    Bakı, Buzovna qəsəbəsi, Albalılıq

  • Kateqoriya

    Maliyyə

  • Maaş

    2000 - 2500 AZN

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Bakalavr

  • Yerləşmə tarixi

    08 oktyabr 2026

  • Bitmə tarixi

    07 noyabr 2026

  • E-mail E-poçt göstər

Namizədə Tələblər:

  • Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil.
  • Mühasibat uçotu sahəsində ən azı 3 il, o cümlədən istehsalat müəssisəsində praktiki iş təcrübəsi.
  • İstehsalat üzrə minimum 5 il iş təcrübəsi.
  • Mühasibat uçotunun tam dövrünü bilmək: ilkin sənədlər, mühasibat yazılışları, dövriyyə-saldo cədvəli, qarşılıqlı hesablaşmalar, ehtiyatlar, xərclər, maya dəyəri və dövrün bağlanması.
  • İstehsalat uçotu və məhsulun maya dəyərinin hesablanması üzrə praktiki biliklər.
  • 1C proqramında sərbəst işləmək, səhvləri sənəd, hesab və analitik uçot səviyyəsində araşdırmaq bacarığı.
  • Meatsys üzrə təcrübə üstünlükdür.
  • Excel-də düsturlar, məlumatların uyğunlaşdırılması və icmal cədvəllərlə işləmək bacarığı.

Əsas vəzifə öhdəlikləri

  • Uçot məlumatlarının gündəlik üzləşdirilməsi, əməliyyatların düzgünlüyünün yoxlanılması və uyğunsuzluqların müəyyən edilməsi;
  • Xammalın qəbulu, istehsalata verilməsi və sərfinə, yarımfabrikat, hazır məhsul və bitməmiş istehsal uçotuna nəzarət;
  • Anbarlararası hərəkətlərin, qaytarmaların, zay məhsul, tullantı və silinmələrin düzgün uçota alınmasının yoxlanılması;
  • İlkin sənədlərin düzgün rəsmiləşdirilməsinə və əməliyyatların 1C sistemində düzgün əks etdirilməsinə nəzarət;
  • Mühasibat hesabları üzrə dövriyyə, qalıq və hesab məlumatlarının təhlili;
  • İstehsalat xərclərinin, maya dəyərinin, xammal sərfi və məhsul çıxımının düzgünlüyünün yoxlanılması;
  • Xammal sərfi, məhsul çıxımı, texnoloji itkilər və zay məhsul üzrə kənarlaşmaların araşdırılması;
  • Aşkar edilmiş uyğunsuzluqların səbəblərinin müəyyən edilməsi, məsul şəxslərlə düzəlişlərin koordinasiyası və icrasına nəzarət;
  • Gündəlik uçotun bağlanmasının yoxlanılması və nəticələr üzrə gündəlik hesabatların hazırlanması;
  • Ciddi uyğunsuzluqlar və mümkün maliyyə itkiləri barədə rəhbərliyə operativ məlumat verilməsi;
  • Təkrarlanan səhvlərin təhlili və uçot, sənəd dövriyyəsi və nəzarət proseslərinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması.

Əmək haqqı: 2000-2500 manat

İş qrafiki: 6 günlük.

Müəssə Buzovnada yerləşir. Nahar və servis (Koroğlu metrosundan) şirkət tərəfindən təmin olunur

 

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla azprotein.vacancy@gmail.com elektron ünvanına göndərmələri xahiş olunur.

 

 

 

Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox