PREMİUM Yeni

Daxili auditor

03 noyabr 2026 118 baxış

  • Maaş 700 - 1200 AZN
  • İş rejimi Tam-ştat
  • Təhsil Bakalavr
  • Təcrübə 3 ildən 5 ilə qədər
  • Bitmə tarixi 08 dekabr 2026 35 gün qalıb
  • Ünvan Bakı, M.Muxtarov küç.,ev 201

Vakansiya haqqında

Karat Holding haqqında: Karat Holding müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələri birləşdirən şirkətlər qrupudur. Qrup müəssisələrində maliyyə və əməliyyat fəaliyyətinin qiymətləndirilməsi, risklərin müəyyənləşdirilməsi və iş proseslərinin təkmilləşdirilməsi üçün analitik düşüncəli, diqqətli və sahə işinə hazır daxili auditor axtarırıq.

 

Əsas vəzifə öhdəlikləri

  • Təsdiq edilmiş iş planı üzrə maliyyə, əməliyyat və inzibati fəaliyyətləri yoxlamaq, zəruri məlumatları toplamaq və əsas riskləri qiymətləndirmək.
  • Audit prosedurlarını hazırlamaq və tətbiq etmək; müqavilələri, ilkin sənədləri, əməliyyat qeydlərini və elektron sistem məlumatlarını nəzərdən keçirərək uyğunsuzluqları müəyyənləşdirmək.
  • Satış, gəlirlərin tanınması, debitor borcları və müştəri hesablaşmaları üzrə prosesləri qiymətləndirmək; məlumatların tamlığını və təsdiq sənədlərinə uyğunluğunu yoxlamaq.
  • Anbar, ehtiyat və digər maddi sərvətlərin uçotunu nəzərdən keçirmək, seçmə sayımlar aparmaq və uçot məlumatları ilə faktiki vəziyyət arasındakı fərqləri araşdırmaq.
  • İstehsal və əməliyyat fəaliyyətində resurslardan istifadəni, xərcləri və müəyyən edilmiş göstəricilərə uyğunluğu təhlil etmək; səmərəliliyin artırılması imkanlarını müəyyənləşdirmək.
  • Satınalma və təchizat proseslərində tələbatın əsaslandırılması, təkliflərin qiymətləndirilməsi, sifariş, qəbul və hesablaşma sənədlərinin uyğunluğunu yoxlamaq.
  • Əməkhaqqı, davamiyyət və digər müvafiq insan resursları qeydlərini seçmə üsulu ilə yoxlamaq, təsdiq sənədləri ilə uyğunluğunu qiymətləndirmək.
  • Əsas vəsaitlər, təmir və investisiya xərcləri üzrə sənədləri nəzərdən keçirmək; planlaşdırılmış və faktiki göstəricilər arasındakı fərqləri təhlil etmək.
  • Excel və elektron sistem məlumatlarından istifadə etməklə qeyri-adi əməliyyatları, təkrarlanan uyğunsuzluqları və digər risk əlamətlərini təhlil etmək.
  • Audit sübutlarını, yoxlamanın əhatə dairəsini və seçmə əsaslarını işçi sənədlərində qeyd etmək; tapıntıları faktlar və risk qiymətləndirməsi ilə əsaslandırmaq.
  • Audit hesabatları və praktik tövsiyələr hazırlamaq, razılaşdırılmış tədbirlərin icrasını izləmək və zəruri hallarda təkrar yoxlama aparmaq.
  • Xüsusi yoxlamalarda və audit araşdırmalarında iştirak etmək, audit sənədlərini qaydalara uyğun tərtib edib saxlamaq.
  • Vəzifə tələbləri

    Namizəddən aşağıdakı təhsil, təcrübə və peşəkar bacarıqlara malik olması gözlənilir:

  • Maliyyə, mühasibat uçotu, audit, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil.
  • Daxili/xarici audit, maliyyə nəzarəti və ya istehsalat müəssisəsində daxili nəzarət üzrə azı 3 il təcrübə; 5 il və daha artıq təcrübəyə üstünlük verilir.
  • İstehsalat, emal və ya qida sənayesində iş təcrübəsi üstünlükdür.
  • Maliyyə sənədləri, debitor-kreditor hesablaşmaları, inventar uçotu və əsas əmək, vergi və mühasibat tələbləri barədə bilik.
  • Auditin planlaşdırılması, nümunə seçimi, sübutların toplanması, risklərin qiymətləndirilməsi və hesabat hazırlanması üzrə bacarıq.
  • MS Excel və MS Office proqramlarında sərbəst işləmək; elektron qeydiyyat və mühasibat sistemləri ilə təcrübə. Power BI və digər analitik alətlər üstünlükdür.
  • Azərbaycan dilində yazılı və şifahi ünsiyyət bacarığı; ingilis və rus dili biliyi üstünlükdür.
  • Ezamiyyətlərdə iştirak etmək və istehsalat sahəsində yoxlamalar aparmaq imkanı.
  • Tələb olunan kompetensiyalar

  • Analitik düşüncə və rəqəmlərlə işləmək bacarığı;
  • Diqqətlilik, ardıcıllıq və nəticəyönümlülük;
  • Aydın yazılı hesabat və şifahi təqdimat bacarığı;
  • Məsuliyyətlilik, dürüstlük və məxfilik prinsiplərinə riayət;
  • Komandada işləmək və müxtəlif səviyyəli əməkdaşlarla işgüzar ünsiyyət qurmaq bacarığı.

Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

CV-niz bu elana uyğundurmu?

AI CV-nizi bu elanın tələbləri ilə müqayisə edir və nəyi gücləndirməli olduğunuzu göstərir.

Daxil olun və yoxlayın

Yoxlama pulsuzdur, yalnız qeydiyyat tələb olunur.

Müraciət et

CV-nizi bir kliklə göndərin.

Müraciət et

Müsahibəyə hazırlaşın

Bu vəzifə üçün ehtimal olunan müsahibə sualları və CV-nizə əsaslanan cavab nümunələri.

Pulsuzdur, yalnız qeydiyyat tələb olunur.

Gələcək Daxili auditor vakansiyasına indi müraciət et

İndi CV yaradaraq arzuladığınız vəzifə üzrə yaranacaq vakansiyaya ilk siz müraciət edin.

Müraciət et

Oxşar vakansiyalar

11

Premium et və elanını daha böyük kütləyə çatdır

Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin
aktivlik müddətinin sonunadək orada qalacaq.

Xidmətin müddətini seçin:
Ödəniş etməklə sayt istifadəçi razılaşmasını və sayt qaydalarını qəbul etmiş olursunuz.

Elanını irəli çək və elanını daha böyük kütləyə çatdır

Sizin elan seçilmiş paketə uyğun olaraq irəli çəkiləcək və ana səhifədə üst-də görünəcək

Xidmətin növünü seçin:
Ödəniş etməklə sayt istifadəçi razılaşmasını və sayt qaydalarını qəbul etmiş olursunuz.

İdarə heyyətinə şikayətinizi bildirin

Şikayət səbəbini seçin:

DİQQƏT!

Bu əməliyyatı yerinə yetirmək üçün namizəd profilinə keçid edin

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox

Ödəniş uğurludur!

Sizin ödənişiniz uğurla həyata keçirilmişdir.

Məhsul

Ödənişin nömrəsi

Ödəniş tarixi

Edən şəxs

Vasitəçi

Ümumi məbləğ