Vakansiya haqqında
Təsvir
- Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilən hesabatların hazırlanması və müəyyən edilmiş müddətlərdə təqdim olunmasının təmin edilməsi;
- Statistik və maliyyə hesabatlarının hazırlanması, hesabatlıq proseslərinin təkmilləşdirilməsi və avtomatlaşdırılması;
- Mərkəzi Bankın hesabatlılıq üzrə normativ tələblərinin və müvafiq sənədlərinin mütəmadi izlənilməsi, onların hesabatlıq proseslərində tətbiqinin təmin edilməsi;
- Kənar auditorlarla əməkdaşlıq edilməsi, audit prosesi çərçivəsində hesabatlılıqla bağlı tələb olunan məlumat və sənədlərin hazırlanaraq təqdim edilməsi;
Tələblər
- Maliyyə, iqtisadiyyat və ya müvafiq sahə üzrə ali təhsil;
- Bank sektorunda hesabatlılıq sahəsində minimum mütəxəssis üçün 1 il, aparıcı mütəxəssis üçün 2 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim olunan hesabatlar üzrə bilik və praktiki tanışlıq;
- Mərkəzi Bankın hesabatlılıqla bağlı normativ sənədlərini bilmək və onların tələblərini tətbiq etmək bacarığı;
- Kənar auditorlarla əməkdaşlıq və audit proseslərində iştirak təcrübəsi;
- MS Excel proqramında sərbəst işləmək bacarığı;
- SQL sorğularının yazılması bacarığı arzuolunandır;
- ACCA F3 və F7 sertifikatlarının olması üstünlükdür;
- Güclü analitik düşünmə bacarığı;
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!