Vakansiya haqqında
Təsvir
- Mağazalar, onlayn satış, əlaqə mərkəzi, çatdırılma, quraşdırılma və servis üzrə müştəri təcrübəsinin təhlil edilməsi;
- Müştəri səyahəti xəritələrinin (CJM) hazırlanması, problemli məqamların müəyyənləşdirilməsi və təkmilləşdirmə təkliflərinin verilməsi;
- NPS, CSAT və CES sorğularının, müştəri müsahibələrinin və alış etməyən müştərilərlə araşdırmaların planlaşdırılması və həyata keçirilməsi;
- Sorğu anketlərinin hazırlanması, hədəf auditoriyanın, seçmə həcminin və sorğuların keçirilmə vaxtının müəyyən edilməsi;
- Müştəri rəylərinin, şikayətlərinin və təkrar müraciətlərinin təhlil edilməsi, narazılıqların əsas səbəblərinin müəyyənləşdirilməsi;
- Mağaza, kanal, region və xidmət mərhələləri üzrə hesabatların hazırlanması, nəticə və tövsiyələrin rəhbərliyə təqdim edilməsi;
- Aidiyyəti bölmələrlə təkmilləşdirmə planlarının razılaşdırılması, icra prosesinin və nəticələrin izlənilməsi;
- Mənfi rəy bildirən müştərilərlə geri dönüş prosesinə və problemlərin həllinə nəzarət edilməsi;
- IT, BI və CRM komandaları ilə sorğuların, məlumatların toplanması və hesabatların avtomatlaşdırılması prosesində iştirak edilməsi.
Tələblər
- Ali təhsil;
- Müştəri təcrübəsi, müştəri araşdırmaları, xidmət keyfiyyəti və ya əlaqəli sahədə minimum 3 il iş təcrübəsi;
- Azərbaycan və rus dillərində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
- Kəmiyyət və keyfiyyət araşdırmalarının planlaşdırılması, keçirilməsi və nəticələrinin təhlili üzrə praktiki təcrübə;
- NPS, CSAT və CES metodologiyaları, seçmənin formalaşdırılması və müştəri seqmentasiyası üzrə biliklər;
- Müştəri səyahəti xəritələrinin (CJM) hazırlanması və problemlərin kök səbəblərinin təhlili bacarığı;
- Excel proqramında sərbəst işləmək bacarığı (Pivot cədvəllər, düsturlar, məlumatların emalı və yoxlanılması);
- Hesabatların hazırlanması, göstəricilərin düzgün şərh edilməsi və nəticələrin təqdim olunması bacarığı;
- Təhlil nəticələrini konkret fəaliyyət planına çevirmək və dəyişikliklərin effektivliyini ölçmək bacarığı;
- Analitik düşüncə, detallara diqqət, məsuliyyət və müstəqil işləmək bacarığı;
- Müxtəlif bölmələrlə səmərəli əməkdaşlıq və layihələrin icrasını koordinasiya etmək bacarığı;
- Power BI, Power Query, SQL bilikləri və CRM sistemləri ilə iş təcrübəsi arzuolunandır;
- Pərakəndə satış və ya elektron ticarət sahəsində təcrübə, həmçinin ingilis dili biliyi üstünlükdür.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!