Vakansiya haqqında
Təsvir
- Konteyner daşınmaları üçün müştəri tərəfindən göndərilən sifarişlərin dəqiq və vaxtında daxili proqrama işlənməsini təmin etmək;
- Konteyner daşınmaları üzrə cari müştərilərdən daxil olan müraciətlərin və sorğuların cavablandırılmasını təmin etmək, məlumatları operativ və tam təqdim etmək;
- Müştəriləri daşımalarla bağlı bütün lazımi sənədlərlə (hesabları, təlimatları, aktları və digər müşayiət sənədləri) təmin etmək;
- Konteyner daşınmaları üzrə müvafiq dövri hesabatlar aparmaq və aidiyyəti üzrə göndərmək;
- Müştərilərlə birbaşa ünsiyyətdə olan digər struktur bölmələrlə qarşılıqlı fəaliyyət göstərmək;
- Öz səlahiyyətinə aid olan məsələlərlə əlaqədar cəmiyyətin daxili struktur bölmələrinə, onların əlaqədar sorğularına cavab vermək;
- Şöbənin əsasnaməsi, bu vəzifə təlimatı və cəmiyyətin korporativ hüquqi aktları ilə müəyyən edilən, habelə rəhbərliyin tapşırığından irəli gələn digər vəzifələri icra etmək.
Tələblər
- Təhsil: Ali təhsil;
- İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 1 il stajı arzuolunandır;
- Dil bilikləri: Rus dili (sərbəst) və ingilis dili (yaxşı);
- Rəqəmsal bacarıqlar: MS office (yaxşı səviyyədə);
- Müştəri xidmətlərinə aid olan normativ, metodik və digər rəhbəredici materiallara aid biliklər;
- Azərbaycan Resplublikasının istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanuna dair biliklər;
- Müştəri xidmətləri işinin təşkili, hesabatların tərtib edilməsi haqqında biliklər;
- Sənəd dövriyyəsinə dair biliklər;
- Komanda işi;
- Müştəri yönümlülük;
- Yazılı ünsiyyət;
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!