Mühasib

GreenPlast MMC
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Mühasibat

  • Maaş

    600 - 700 AZN

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    30 oktyabr 2020

  • Bitmə tarixi

    29 noyabr 2020

  • E-mail E-poçt göstər

Diqqət!

Bu elanın vaxtı bitib. Mühasib vakansiyaları üçün bura keçid edin!

"GreenPlast" MMC Mühasib axtarır.

− Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərəvə s. hesabı) yerinə yetirir ;
− Vergi , Statistika, digər büdcə ilə hesablaşmalar və hesabatlılığın təşkilində yaxından iştirak edir,
− Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir ;
− Əvvəlki sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirir və onları hesabı emala hazırlayır;
− Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı Bank və Kassa əməliyyatlarının icrasını və mühasibat hesabında əks etdirilməsini təşkil edir;
− Pul vəsaitlərinin, mal-material qiymətlilərinin hesablanması və ödənilmə öhdəliklərinin inventarizasiyasının aparılmasında iştirak edir ;
− Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasını, vergilərin, ödənişlərin, eləcə də istehlak fonduna vəsaitin köçürülməsini həyata keçirir ;
− Təsərrüfat daxili ehtiyatları üzə çıxarmaq məqsədi ilə mühasibat uçotu və hesabatı göstəriciləri əsasında müəssisə, idarə və təşkilatın təsərrüfat-maliyyə fəaliyyətinin təhlilinin aparılmasında, qənaət rejiminin və sənəd dövriyyəsinin təkmilləşdirilməsi tədbirlərinin yerinə yetirilməsində, hesablama texnikasının istifadəsi əsasında mühasibat uçotunun proqressiv forma və metodlarının işlənib hazırlanmasında və tərtibində iştirak edir ;
− Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlayır, mühasibat sənədlərinin saxlanılmasına nəzarət edir, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirir.


Namizədə tələblər:

Təhsil : Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
İş təcrübəsi : mühasib kimi ən azı 2 il iş təcrübəsi;
Yaş : 25-35

– MS Office, mükəmməl səviyyədə bilməli;
– Məsuliyyətli və işində dəqiq;
– Analitik düşüncə, ünsiyyət bacarıqları, çeviklik;
– Qanunvericiliyi bilməlidir və daimi izləməlidir
–Nəzərdə tutulan əmək haqqı 600-700 AZN.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzü yerinə " Mühasib"yazaraq ismayilovarenagp@gmail.com ünvanına göndərilməsi xahiş olunur. tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Müraciət üçün e-poçt daxil et

Elan #840509

  • 2265

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox