Məzmun Yaradıcısı (Content Creator)

Məzmun Yaradıcısı (Content Creator)

Redmark Agency
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Marketinq

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Bakalavr

  • Yerləşmə tarixi

    18 sentyabr 2026

  • Bitmə tarixi

    18 oktyabr 2026

  • E-mail E-poçt göstər

Middle Content Creator
Biz, dinamik və yaradıcı marketinq agentliyimiz üçün rəqəmsal dünyanın nəbzini tutan, trendləri anında kontentə çevirən və brendlərin hekayəsini vizual/mətn formatında canlandıracaq Middle Content Creator axtarırıq!

Əsas Öhdəliklər:
•⁠  ⁠Kontent Strategiyası və Planlama: Agentliyin xidmət etdiyi brendlərin tonuna uyğun olaraq aylıq kontent planlarının hazırlanması.
•⁠  ⁠Yeni müştərilər üçün brifə uyğun yaradıcı ideya və konseptin yaradılması.
•⁠  ⁠Reels, TikTok və Shorts formatları üçün skriptlərin (ssenarilərin) yazılması.
•⁠  ⁠Kopiraytinq: Sosial media postları, hekayələr (stories) və reklam kampaniyaları üçün cəlbedici və yaradıcı mətnlərin yazılması.
•⁠  ⁠Sosial mediadakı qlobal və lokal trendlərin, trend audio və formatların gündəlik izlənilməsi, brendlərə uyğunlaşdırılması.
•⁠  ⁠Kontent menecer, SMM, Dizayner və Montajçılarla ilə sıx əməkdaşlıq edərək vizual konseptlərin qurulması.
•⁠  ⁠Çəkiliş prosesində iştirak etmək.

Namizədə dair tələblər:
•⁠  ⁠Təcrübə: Marketinq agentliyində və ya bənzər mövqedə minimum 1-2 il aktiv iş təcrübəsi.
•⁠  ⁠Portfolio: Yaradıcılığınızı əks etdirən portfolionun olması mütləqdir (çəkiliş və montaj bilikləri olması üstünlükdür).
•⁠  ⁠Dil Bilikləri: Azərbaycan dilində mükəmməl yazı və şifahi nitq qabiliyyəti (Rus və ya İngilis dili bilikləri üstünlükdür).
•⁠  ⁠Şəxsi Keyfiyyətlər: Yüksək kommunikasiya bacarığı, operativlik, time-management (dedlaynlarla işləmək qabiliyyəti) və komanda ruhu.

İş qrafiki: Həftədə 5 gün, 10:00 - 19:00.
İş rejimi - hibriddir.

Müraciət üçün namizədlərdən öz CV və Portfoliolarını (və ya idarə etdikləri səhifələrdən/hazırladıqları video kontentlərdən nümunələri) redmark.aze@gmail.com elektron ünvanına göndərmələri xahiş olunur.

Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Sual ver

İstədiyiniz suala klikləyərək vakansiya sahibinə ünvanlaya bilərsiniz.

Oxşar vakansiyalardan bildiriş al

Məzmun Yaradıcısı (Content Creator) vakansiyaları olduğu zaman anında bildirişi e-poçtunuza alın.

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox