Vakansiya haqqında
Redmark Agency olaraq komandamıza video və foto çəkilişləri ideyadan çəkilişə qədər idarə edəcək kreativ prodüser axtarırıq.
Öhdəliklər:
📌 Pre-production: ssenari və brief əsasında çəkiliş planı, shot-list və call-sheet hazırlanması, komandanın (videoqraf, fotoqraf) çəkilişə hazırlanması
📌 Çəkiliş günü: çəkilişlərdə şəxsən iştirak, prosesin vaxtında və brief-ə uyğun getməsinə nəzarət, həkimlərə kamera qarşısında rahat olmaqda dəstək
📌 Məkan axtarışı: klinikadan kənar çəkilişlər və brend kampaniyaları üçün uyğun məkanların tapılması, razılaşdırılması və icarəsi
📌 Rekvizit və logistika: lazım olduqda rekvizit, geyim, dekor və məhsulların təmin edilməsi; model, aktyor, qrim ustası kimi podratçılarla koordinasiya
📌 Büdcə və nəzarət: çəkiliş xərclərinin planlanması və büdcə çərçivəsində qalınması
📌 Post-production ötürülməsi: materialların montaj komandasına vaxtında və sistemli şəkildə təhvil verilməsinə nəzarət
Tələblər:
✔️ Prodakşn, reklam agentliyi, media və ya tədbir təşkili sahəsində minimum 1 il təcrübə
✔️ Video çəkiliş prosesini, xüsusilə Reels/TikTok formatlı sosial media kontentinin necə hazırlandığını yaxşı anlamaq
✔️ Güclü təşkilatçılıq: eyni həftədə bir neçə müştəri üzrə çəkilişləri planlayıb idarə edə bilmək
✔️ Həkimlər və klinika rəhbərliyi ilə peşəkar və nəzakətli ünsiyyət qurmaq bacarığı
✔️ Tibbi mühitin həssaslığını anlamaq: pasiyent məxfiliyinə və klinika qaydalarına hörmət
✔️ Stresli situasiyalarda soyuqqanlı qalmaq və çəkiliş günü yaranan problemləri operativ həll etmək
Əmək haqqı: 500-700 AZN
İş qrafiki: Həftə içi 5 gün 09:00-18:00
Nə təklif edirik:
- Qurulmuş proseslər və aydın kontent planı ilə sistemli iş mühiti
- Videoqraf, kontent və marketinq komandası ilə yaxın əməkdaşlıq
- Güclü komanda mədəniyyəti və mütəmadi team building
📩 Müraciət: CV-nizi və varsa portfolionuzu “Prodüser”başlığı ilə info@redmark.az ünvanına göndərin.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!